CƏMİYYƏT
Cəmiyyətin həyatında baş verən aktual hadisələr

Moskva və Londonda olan azərbaycanlılar ölkəyə gətirildilər

© Photo : AZALРаботы по дезинфекции
Работы по дезинфекции - Sputnik Azərbaycan
Abunə olmaq
Vətəndaşların ölkəyə qayıtması tarixləri Azərbaycan Respublikasının Nazirlər Kabineti yanında yaradılmış Operativ Qərargahın apardığı hazırlıq işlərinə uyğun olaraq təyin edilir

BAKI, 25 mart - Sputnik. "Azərbaycan Hava Yolları" aviaşirkəti bəzi şəhərlərdən reyslər yerinə yetirməyə davam edir.

Sputnik Azərbaycan şirkətin mətbuat xidmətinin məlumatına istinadla bildirir ki, martın 25-nə keçən gecə AZAL Moskva və Londondan iki reys yerinə yetirərək 151 nəfər Azərbaycan vətəndaşını vətənə qaytarıb.

AZAL bir daha xatırladır ki, ölkəyə qayıdan hər bir vətəndaş tibbi müayinədən keçir və karantinə yerləşdirilir. Vətəndaşların ölkəyə qayıtması tarixləri Azərbaycan Respublikasının Nazirlər Kabineti yanında yaradılmış Operativ Qərargahın apardığı hazırlıq işlərinə uyğun olaraq təyin edilir.

Xəbər lenti
0