CƏMİYYƏT
Cəmiyyətin həyatında baş verən aktual hadisələr

Dağ başında, amma fəlakətdən uzaq: onları əcdadlarının sümükləri qoruyur

© Sputnik / Leyla AbdullayevaQədim qəbristanlıq
Qədim qəbristanlıq - Sputnik Azərbaycan
Abunə olmaq
Xınalığın bir fərqi də var - indiki dövrə qədər, yerləşdiyi əraziyə, relyefinə baxmayaraq, heç bir fəlakətə məruz qalmayıb, müqəddəsdir yəni

Leyla Abdullayeva, Sputnik Azərbaycan

BAKI, 25 mart — Sputnik. Dağ başında qədimiliyin bir parçasıdır Xınalıq. Unikal insanından, dilindən çox danışmışıq. Amma bircə sirr verməyən daşları var bu kəndin. Xınalığın içərisinə doğru irəlilədikdə yaşıllığın arasından sanki çiçək əvəzinə uzunlu-gödəkli daşlar boy verir. Şümal, bıçaqla kəsilmiş marqarin parçasına bənzəyən daşlar. 

Kəndin ağsaqqalı Yusif Şabanov Sputnik Azərbaycan-a danışır ki, bunlar hansısa tikintidən qalmayıb, məzar daşlarıdır əslində. Yəni kəndin girəcəyindəki boş sahə düzənliyə bənzəsə də, qəbiristanlıqdır: "Xınalıq kəndində yerləşən bu qəbiristanlıq çox qədimdir. Dəqiq yaşını deyə bilməsək də, qədim olduğuna bir neçə sübut var. Onun yuxarıdakı, dağda yerləşən hissəsini yağışlar yuyub aparıb, kanyon yaranan hissəyə baxdıqda üst-üstə üç-dörd qəbrin eyni yerdə basdırıldığını görə bilərik.

Ümumiyyətlə, bu kəndin dörd bir hissəsində qəbiristanlıq yerləşir və hər məhəllənin öz məzarlığı var. Əslində, çox da böyük olmayan Xınalıq kəndi üçün bu qədər məzarlığın mövcudluğu insanda istər-istəməz maraq doğurur. Zaman-zaman gördüyünüz bu qəbiristanlığın batmasının da şahidi oluruq. Bu da yenə onun qədimliyindən xəbər verir".

© Sputnik / Leyla AbdullayevaXınalıq kəndində qədim qəbristanlıq
Dağ başında, amma fəlakətdən uzaq: onları əcdadlarının sümükləri qoruyur  - Sputnik Azərbaycan
Xınalıq kəndində qədim qəbristanlıq

Yusif Şabanov qəbiristanlıqdakı qeyri-adi başdaşılardan da söz açır: "Buradakı qəbiristanlıqda iki böyük başdaşı var. Tarixi 1400-cü ilə qədər gedib çıxır. Həmin daşların uzunluğu 2,5-3 metrə qədərdir. Hələ bu onun torpaqdan üzdə olan hissəsidir. Yerin altında nə qədər hissəsinin qaldığı və ümumi uzunluğunun neçə metr olduğu məlum deyil. Bu uzunluqda daşların necə, hansı yolla gətirildiyi də məlum deyil.

Babalarımız güman edirdilər ki, onlar ancaq Xınalıqdan 14-15 km uzaqlıqda yerləşən Şah düzü adlanan ərazidən gətirilə bilərdi. Çünki bunlara bənzər daşlara ancaq orada rast gəlmək mümkündür. Bu başdaşlarının uzunluğu turistləri də təəccübləndirir.

Maraqlı bir məqamı da nəzərinizə çatdırım ki, düzəngahda böyük sahələr qala-qala o dövrdə ölüləri kəndin təpə hissələrində - torpağın çətin qazılan yerlərində dəfn ediblər. Babalarımız da bunu belə əlaqələndirirdilər ki, o dövrün insanları çox zəhmətkeş olduqlarına görə, yararlı torpaqlar zəbt olunmasın deyə belə çətin yerdə qəbiristanlıq salıblar".

© Sputnik / Leyla Abdullayeva
Xınalıq qəbristanlığı - Sputnik Azərbaycan
1/3
Xınalıq qəbristanlığı
© Sputnik / Leyla Abdullayeva
Xınalıq qəbristanlığı - Sputnik Azərbaycan
2/3
Xınalıq qəbristanlığı
© Sputnik / Leyla Abdullayeva
Xınalıq qəbristanlığı - Sputnik Azərbaycan
3/3
Xınalıq qəbristanlığı
1/3
Xınalıq qəbristanlığı
2/3
Xınalıq qəbristanlığı
3/3
Xınalıq qəbristanlığı

"Qəbiristanlıqların tarixini müəyyənləşdirmək istəsək, burada yaşayan xalqların kökünə nəzər yetirməliyik. Ərazidə qədimlərdə alban, ket tayfaları məskunlaşmışlar. Xınalığın özəlliyi də burada yerləşən sakinlərin Nuh peyğəmbərin nəslindən olmasıdır. Buraya Nuhdan sonra ilk insan həyatının başlandığı məkan da deyilə bilər. Bu kəndin bir fərqi də var - indiki dövrə qədər, yerləşdiyi əraziyə, relyefinə baxmayaraq, heç bir fəlakətə məruz qalmayıb, müqəddəsdir yəni. Buna görə də Xınalıq hər zaman Avropa və Asiya alimlərinin maraq dairəsində olub", - ağsaqqal deyir.

Yusif Şabanovun sözlərinə görə, bu qəbiristanlıqlardan başqa, Xınalığın hər-hansı bir hissəsində qazıntı aparılan zaman qədim insan sümüklərinə rast gəlmək mümkündür.

Xəbər lenti
0