07:01 06 Aprel 2020
Canlı yayım
  • USD1.7000
  • RUB0.0274
  • EUR1.9035
CƏMİYYƏT
Qısa URL
184910

"Artıq Azərbaycana o qədər bağlanmışam ki, buranı özümün ikinci vətənim hesab edirəm. Hətta mənim Azərbaycandakı dostlarımın sayı İngiltərə ilə müqayisədə daha çoxdur" - Neil Vatson

Nigar İsgəndərova, Sputnik Azərbaycan

BAKI, 23 fevral — Sputnik. Azərbaycan barədə, ölkəmizin milli-mədəni irsi, tarixi, mədəniyyəti, gəzməli-görməli yerləri, Dağlıq Qarabağ problemi haqda yazan əcnəbi jurnalistlərdən biri də Neil Vatsondur. O, 26 illik jurnalist fəaliyyətinin nə az, nə çox, düz 10 ilini ölkəmizə həsr edib.

45 yaşlı Neil Vatson Cardiff Universitetində jurnalistika fakültəsi üzrə bakalavr dərəcəsi aldıqdan sonra təhsilini davam etdirərək Cantenbry Universitetində magistr dərəcəsinə yiyələnib. Onun hobbiləri sırasına caz, klassik musiqi, kino, arxitektura ilə bağlı araşdırmalar, fəaliyyət daxildir. O, vaxtaşırı olaraq qalereyalara baş çəkir, klassik avtomobillərlə maraqlanır. 

© Courtesy of Neil Vatson
İngiltərəli jurnalist Neil Vatson

Sputnik Azərbaycan Neil Vatsonla müsahibəni təqdim edir:

- Bir qədər özünüzdən, Azərbaycana bağlılığınızdan danışaq.

- Şərqi Londonda doğulmuşam, burada yaşayıram. Jurnalist, redaktor kimi fəaliyyətimdə daha çox beynəlxalq ticarət və biznes üzrə mövzulara köklənmişəm. Azərbaycana gəldikdə isə bu ölkə ilə daha yaxından tanışlığım 1990-cı ilin 20 Yanvar hadisəsi ilə əlaqədar olub. 20 Yanvar hadisəsi məni çox təsirləndirmişdi. Bundan sonra Azərbaycanla daha yaxından tanış olmağı qərara aldım.

- Hətta Azərbaycan üçün bir neçə dəfə etiraz aksiyalarında da iştirak etmisiniz.

- Dağlıq Qarabağ münaqişəsi və bundan zərər çəkən ailələr, qaçqınların olması, insanların yurdlarından didərgin düşməsi mənə çox pis təsir edir. Bəli, buna görə də mən İngiltərə səfirliyinin, Avropa Parlamentinin Brüsseldəki binasının, Londonda yerləşən Ermənistan səfirliyinin qarşısında etiraz aksiyalarında iştirak edərək bu mövzuda müxtəlif debatlar təşkil etdim. Bu illərdə mən Dağlıq Qarabağ, böyük Azərbaycan şairi olan İmadəddin Nəsimi ilə bağlı bir sıra kitabların redaktoru oldum. Azərbaycanda olaraq bu işlərlə məşğul olmaqdan, bu ölkə ilə tanışlıqdan çox məmnunam.

© Courtesy of Neil Vatson
İngiltərəli jurnalist Neil Vatson (sağda)

- TEAS-Press nəşriyyatında da çalışmısınız.

- 2009-cu ildə Avropa Azərbaycan Cəmiyyətində (TEAS – The Europe Azerbaijan Society) çalışmağa başladım. Beləcə, mən Azərbaycanla Ermənistan arasında davam edən Dağlıq Qarabağ münaqişəsi ilə bağlı həqiqətləri çatıdrmaqdan əlavə, eyni zamanda da Azərbaycan mədəniyyəti və biznes əlaqələrini təşviqi ilə məşğul oldum. Eyni zamanda bir sıra beynəlxalq konfranslara da qatıldım.

- Artıq 10 ildir ki, Azərbaycanla sıx bağlar qurmusunuz.

- Bakıda daimi olaraq yaşamasam da, xüsusən də son 10 il ərzində bu ölkəyə tez-tez gedib-gəlmişəm. Bu illər ərzində Bakının sovet şəhəri imicindən necə çıxdığının da şahidi oldum. Buna misal olaraq Heydər Əliyev Mərkəzini, "Flame Towers", "Crystal Hall"u göstərə bilərəm. Özünəməxsus tarixi olan İçəri Şəhər də mənim üçün çox valehedicidir. İçəri Şəhərdə 19-cu əsrə aid tikililəri də görmək mümkündür. Azərbaycana səfər etdiyim 10 il ərzində mən həmçinin bu ölkənin qələbəsini də yaxından izləyə bildim. “Avroviziya”da qalib olduqdan sonra Azərbaycan bir çox mötəbər tədbirlərə, o cümlədən də “Formula 1” oyunlarına ev sahibliyi etdi. Beləcə, bu qələbələr həm də ölkəyə turist axınını, bir çox turistlərin bura gələrək Azərbaycan tarixi, mədəniyyəti haqda məlumat almasına səbəb oldu. Bu illərdə xüsusən də ərəblərin daha çox ölkənizə axınının şahidi oldum. Bu həm də iqtisadiyyata böyük axın demək idi.

© Courtesy of Neil Vatson
İngiltərəli jurnalist Neil Vatson (solda)

- Bakıdan başqa, haralarda olmusunuz?

- Bu illər ərzində mən Azərbaycanla tanış olmaq üçün yalnız Bakı ilə kifayətlənmədim, eyni zamanda da Qəbələ, Qax, Şəki, Qubada oldum, eyni zamanda İsmayıllının Lahıc kəndində oldum. Burada olduğum müddətdə Azərbaycan muğamı, aşıq sənəti ilə də tanış oldum. Musiqini çox sevən biri kim deyə bilərəm ki, sizin incəsənətiniz valehedicidir. Xüsusən də Üzeyir Hacibəyov, Qara Qarayev, Fikrət Əmirovun əsərləri çox möhtəşəmdir. Düşünürəm ki, Azərbaycan mənim kimi bir çox əcnəbini bu sehri ilə heyrətləndirə bilib.

- Bəs, azərbaycanlılar başqa nə ilə əcnəbilər üçün çəkici, yaxud da yaddaqalandır?

- Azərbaycanlıların çox qonaqpərvər, istiqanlı olması da bizi heyrətləndirir. Bundan başqa, Azərbaycan və azərbaycanlılar Qərbə olan maraqları, sevgiləri, eyni zamanda da valehedici mətbəxi ilə çox gözəldir. Düzü, artıq Azərbaycana o qədər bağlanmışam ki, buranı özümün ikinci vətənim hesab edirəm. Hətta mənim Azərbaycandakı dostlarımın sayı İngiltərə ilə müqayisədə daha çoxdur.

Əlaqədar

Unikal azərbaycanlı: Oxumuş mühəndis, oxumamış rəssam
İki okeanın övladları Bakıda: "Evdə qeyd etmirdik, amma indi xonça qururuq"
"Bakıda Səadətimi tapdım" – Britaniyalı jurnalist futbol və Azərbaycan qaynanaları haqda
Bir üzündə Rəsulzadə, o birində Atatürk: sənət əsərini həyətində yetişdirir - FOTO
Çinə gedən tələbələrim Azərbaycana qayıtmaq istəmirlər - BDU-nun müəllimi

Əsas mövzular

  • Bakıda COVİD-19 yazısı olan tablo

    Karantinin mövcudluğu sadəcə bir problemi həll edir. Yəni, evində yüngül keçirən keçirir, ağır vəziyyətdə olanlar isə xəstəxanada yardım edilmək imkanı yaranır.

    1322
  • Süni nəfəs aparatına qoşulmuş şəxs, arxiv şəkli

    1931-ci il təvəllüdlü  Azərbaycan Respublikasının vətəndaşı  şəkərli diabet xəstəsi  olub,  1956-cı il təvəllüdlü digər vətəndaşın anamnezində isə ürəyin işemik xəstəliyi, arterial hipertenziya və şəkərli diabet xəstəliyi olduğu qeyd edilib: 

    1998
  • Yasamal rayonu ərazisində dezinfeksiya işləri

    "İşimi sevərək görürəm. Ümidlərim böyükdür, düşünürəm ki, tezliklə bu virusdan yaxa qurtara biləcəyik. Hər kəsi evdə qalmağa, zərurət olmadan evdən çıxmamağa səsləyirik. Biz də sizin üçün işləyirik" - Vəsilə Rəhimova

    1062