CƏMİYYƏT
Cəmiyyətin həyatında baş verən aktual hadisələr

Röya kampaniyaya qoşuldu - Koronavirusla Mübarizəyə Dəstək Fonduna pul ayırdı

© Instagram / royaofficialНародная артистка Ройа Айхан, фото из архива
Народная артистка Ройа Айхан, фото из архива - Sputnik Azərbaycan
Abunə olmaq
Məşhur müğənni Azərbaycan Prezidenti İlham Əliyevin müvafiq fərmanı ilə yaradılmış Koronavirusla Mübarizəyə Dəstək Fonduna 10 min manat məbləğində ianə edib.

BAKI, 22 mart — Sputnik Xalq artisti Röya Ayxan koronavirus (COVID-19) pandemiyası ilə mübarizə çərçivəsində ölkəmizdə həyata keçirilən tədbirlərə qoşulub.

Торговый центр Ganjlik Mall - Sputnik Azərbaycan
CƏMİYYƏT
“Mall”ar və iri ticarət mərkəzləri bağlanır - Qərar verildi!

Sputnik Azərbaycan xəbər verir ki, məşhur müğənni Azərbaycan Prezidenti İlham Əliyevin müvafiq fərmanı ilə yaradılmış Koronavirusla Mübarizəyə Dəstək Fonduna 10 min manat məbləğində ianə edib.

Bununla da müğənni, koronavirus xəstəliyinin ölkəmizdə geniş yayılmasının qarşısının alınması məqsədilə həyata keçirilən tədbirlərə öz töhfəsini verib. 

Eyni zamanda, sənətçi bütün vətəndaşları COVID-19 virusu ilə mübarizə üzrə tədbirlərə qoşulmağa və bu bəladan xilas olmaq üçün dövlətə öz vətəndaş dəstəyini göstərməyə çağırıb.

Xəbər lenti
0