CƏMİYYƏT
Cəmiyyətin həyatında baş verən aktual hadisələr

Bəlkə bizə yenə təbiət özü kömək elədi... Temperatur yüksəlir

© Sputnik / Murad OrujovЦветущее дерево в Баку
Цветущее дерево в Баку  - Sputnik Azərbaycan
Abunə olmaq
Havanın temperaturu Abşeronda gecə 6-8° isti, gündüz 10-13° isti, Bakıda gecə 6-8° isti, gündüz 11-13° isti olacaq.

BAKI, 21 mart – Sputnik. Bakıda və Abşeron yarımadasında sabah hava şəraitinin dəyişkən buludlu olacağı, arabir tutulacağı, əsasən yağmursuz keçəcəyi gözlənilir.

Дождливая погода в Баку - Sputnik Azərbaycan
CƏMİYYƏT
Bayram ərəfəsi hava: buna ancaq meteohəssaslar sevinəcəklər

Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Departamentindən Sputnik Azərbaycan-a verilən məlumata görə, lakin gündüz bəzi yerlərdə çiskinli yağış yağacağı, səhər zəif duman olacağı ehtimalı var.

Şimal-şərq küləyi əsəcək.

Havanın temperaturu Abşeronda gecə 6-8° isti, gündüz 10-13° isti, Bakıda gecə 6-8° isti, gündüz 11-13° isti olacaq.

Atmosfer təzyiqi normadan yüksək 765 mm civə sütunu təşkil edəcək. Nisbi rütubət gecə 80-90 %, gündüz 60-70 % olacaq.

Tibbi-meteoroloji proqnoz görə, martın 22-də Abşeron yarımadasında meteoroloji amillərin zəif və mülayim tərəddüdü gözlənilir ki, bu da meteohəssas insanlar üçün əsasən əlverişlidir.

Azərbaycanın rayonlarında sabah bəzi yerlərdə yağış yağacağı gözlənilir. Gecə və səhər Lənkəran-Astara zonasında intensiv olacağı ehtimalı var. Günün ikinci yarısında hava əsasən yağmursuz. Ayrı-ayrı yerlərdə duman. Şərq küləyi əsəcək.

Havanın temperaturu gecə 4-9° isti, gündüz 13-18° isti, dağlarda gecə 0-5° isti, gündüz 5-10° isti olacaq.

Xəbər lenti
0