CƏMİYYƏT
Cəmiyyətin həyatında baş verən aktual hadisələr

Hər daşına qızıl onluq verilən tarixi abidə - Tikdim ki, izim qala

© Sputnik / Irade JELILQobu-Bozdağ vulkanı
Qobu-Bozdağ vulkanı  - Sputnik Azərbaycan
Abunə olmaq
Hamam kəndin ucqar bir yerində təpənin üstündə yerləşir. Daha doğrusu bura nə vaxtsa ucqar yer olub. Zaman keçdikcə kənd genişlənib, ətrafda yaşayış evləri tikilib

İradə Cəlilova, Sputnik Azərbaycan

BAKI, 21 mart — Sputnik. Qobu Abşeronun qədim kəndlərindəndir. Bəzi məlumatlara görə, kənd hələ 700 il bundan əvvəl yaranıb. Şubanı dağları ilə əhatə olunan kəndin sakinləri öz adət-ənənələrini bu gün də qoruyub saxlayırlar. Qobu sakinləri tarixini unutmur, qoruyur və böyük dəyər verirlər. Elə bu səbəbdən də Qobuda tarixi abidələr məhv olmur, dağıdılmır.

© Sputnik / Irade JELILQobuda hamamın ərazisi
Hər daşına qızıl onluq verilən tarixi abidə - Tikdim ki, izim qala - Sputnik Azərbaycan
Qobuda hamamın ərazisi

Sputnik Azərbaycan xəbər verir ki, Qobunun tarixi abidələrindən biri də el hamamıdır.

Hamam kəndin ucqar bir yerində təpənin üstündə yerləşir. Daha doğrusu bura nə vaxtsa ucqar yer olub. Zaman keçdikcə kənd genişlənib, ətrafda yaşayış evləri tikilib.

Əvvəllər hamama ciddi tələbat olub. Amma zaman keçdikcə, hamam fəaliyyətini dayandırıb, sonra qapısı bağlanıb. İndi nə gələni var, nə yada salanı.

© Sputnik / Irade JELILQobuda hamamın ərazisi
Hər daşına qızıl onluq verilən tarixi abidə - Tikdim ki, izim qala - Sputnik Azərbaycan
Qobuda hamamın ərazisi

Kənd ağsaqqalı, jurnalist M.Orucəliyev danışır ki, qədimdə Bakı kəndlərində hamamı kənddən kənarda və bir qədər də yüksək ərazidə inşa edirmişlər. Çünki yüksəkdə olan hamamın suyu öz axarını tapıb axıb gedirmiş.

M.Orucəliyevin sözlərinə görə, Qobu hamamı kəndin ən zəngin imkanlı şəxslərindən biri olan Hacı Abdulla Hacı Kazım oğlunun tapşırığı ilə 1884-cü ildə inşa edilib: "Hacı qeyri-adi bir hamam tikdirmək istəyirmiş. Buna görə, o, hər yerə sorğu göndərib, yaxşı usta axtarıb. Ona Usta Abbasəlini məsləhət görüblər. Usta Abbasəli Hacıdan hər daş üçün qızıl onluq istəyib. Deyib ki, gündə 30 daş qoyacağam. Sən hər daş üçün qızıl onluq pul ver. Hacı da cavabında deyib ki, mən mükəmməl iş istəyirəm, gündə 10 daş qoy, mən sənə 30 daşın pulunu verəcəyəm. Hacı Abdullanın bu hamamı tikdirməkdə məqsədi ömür boyu yaddaşlarda qalmaq istəməsi olub".

© Sputnik / Irade JELILQobuda hamamın ərazisi
Hər daşına qızıl onluq verilən tarixi abidə - Tikdim ki, izim qala - Sputnik Azərbaycan
Qobuda hamamın ərazisi

Hamam iki yarusludur. Yəni iki zaldan ibarətdir. Bu gün də həmin hamam Bakı kəndləri arasında seçilən, gözəl abidələrdən biridir.

Burada qadın və kişi günləri olurmuş. Hamamın qapıları palıd ağacından hazırlanıb.

Hamam 40 il bundan əvvələ qədər fəaliyyətdə olub.

Məmmədağa Orucəliyevin sözlərinə görə, hamam paklıq, təmizlik simvolu olduğu üçün onun yanında insanlar özlərinə inanc yeri yaradıblar. Hamamın arxasında "Şam piri" olub.

© Sputnik / Irade JELILQobuda hamamın ərazisi
Hər daşına qızıl onluq verilən tarixi abidə - Tikdim ki, izim qala - Sputnik Azərbaycan
Qobuda hamamın ərazisi

Nə qədər qəribə olsa da, bu pirdə hansısa bir müqəddəs şəxs dəfn edilməyib. Sadəcə əlləri hər yerdən üzülən insanlar bu pirə inanmaq naminə gəlirlərmiş. Gəlib burada şam yandırıb, arzularını, diləklərini deyib, ümid gözləyiblər.

Bu gün də hamamın içində bağlanmış parçalar qalır. İndi daha şam yandırıb, inanc yeri kimi baxan olmasa da, hamı bilir ki, burada pir olub.

"20-30 il bundan əvvələ kimi pirə inam var imiş. Hətta nədənsə qorxan uşaqların qorxusunu çıxarmaq üçün bu pirə gətirirlərmiş", – deyə jurnalist bildirir.

© Sputnik / Irade JELILHamamı tikən adamın evi
Hər daşına qızıl onluq verilən tarixi abidə - Tikdim ki, izim qala - Sputnik Azərbaycan
Hamamı tikən adamın evi

Bu gün hamam dövlət nəzarətində olsa da, baxımsız vəziyyətdədir. Qapısı dəmir naqillə bağlanıb. Düzdür içi zibilxanaya çevrilməyib, qobulular buna imkan vermirlər. Amma əsaslı təmirə ehtiyacı var.

Sakinlər də hamamın təmir edilməsini istəyirlər. Amma kimə müraciət edəcəklərini bilmirlər.

Xəbər lenti
0