04:34 05 Aprel 2020
Canlı yayım
  • USD1.7000
  • RUB0.0274
  • EUR1.9035
CƏMİYYƏT
Qısa URL
9 0 0

Hər birində 20 çadır olmaqla eyni vaxtda 100 nəfərin qalmasına imkan verən məntəqələrdə normal yaşayış üçün lazım olan hər cür şərait yaradılıb, qidalanma, gigiyenik vasitələrlə təchizat, çadırların isidilməsi və s. ilə bağlı hər hansı problem yoxdur

BAKI, 19 mart — Sputnik. Azərbaycan Respublikası ərazisində koronavirusun (COVİD-19) yayılma təhlükəsinin qarşısının alınması məqsədilə Azərbaycan Hökumətinin tapşırığına uyğun olaraq, Fövqəladə Hallar Nazirliyi tərəfindən qonşu Rusiya Federasiyası ilə sərhəddə Qusar rayonunun ərazisində yerləşən “Samur” və Xaçmaz rayonunun ərazisində yerləşən “Xanoba” sərhəd-keçid məntəqələrinin yaxınlığında qəbul-çeşidləmə məntəqələri qurulub.

Sputnik Azərbaycan Fövqəladə Hallar Nazirliyinin məlumatına istinadla xəbər verir ki, fasiləsiz rejimdə fəaliyyət göstərən məntəqələrdə hər cür müasir tibbi avadanlıqlarla təchiz edilmiş FHN-in peşəkar tibbi briqadaları fəaliyyət göstərir. Belə ki, sərhəd-keçid məntəqələrində ilkin tibbi müayinədən keçən şəxslər burada təkrar müayinə ediləcək, hər hansı şübhəli əlamət aşkar edilən şəxslərin daha dəqiq diaqnoz qoyulması üçün xüsusi ayrılmış müvafiq yerli xəstəxanaya təxliyəsi, şübhəli əlamət aşkar olunmamış şəxslərin isə çadırlarda karantin rejimində müvəqqəti qalması təmin ediləcək.

  • Rusiya ilə sərhədd qəbul-çeşidləmə məntəqələri
    © Photo : Ministry of Emergency Situations of the Republic of Azerbaijan

1 / 5
© Photo : Ministry of Emergency Situations of the Republic of Azerbaijan
Rusiya ilə sərhədd qəbul-çeşidləmə məntəqələri

Hər birində 20 çadır olmaqla eyni vaxtda 100 nəfərin qalmasına imkan verən məntəqələrdə normal yaşayış üçün lazım olan hər cür şərait yaradılıb, qidalanma, gigiyenik vasitələrlə təchizat, çadırların isidilməsi və s. ilə bağlı hər hansı problem yoxdur, sanitar-gigiyenik tələblər tam təmin olunub. Zərurət yarandıqda çadırların sayı qısa müddətdə artırıla bilər.

Əlaqədar

Hər kəs avtovağzaldan bölgələrə gedə bilər, lakin qayıdanda məhdudiyyətlər olacaq
Səyyar hospitallar quruldu: effekti necədir?
Azərbaycanlılar üçün ən təhlükəli şəhərlərə uçdular, xahişlərini yerə salmayın
Günümüzün reallığı olan səyyar hospital - FOTOLAR
Azərbaycanda Koronavirusla Mübarizəyə Dəstək Fondu yaradıldı

Əsas mövzular