20:04 02 Aprel 2020
Canlı yayım
  • USD1.7000
  • RUB0.0274
  • EUR1.9035
CƏMİYYƏT
Qısa URL
6 0 0

Xəbərdarlıqlara baxmayaraq, artıq yüklə yüklənmiş nəqliyyat vasitələrinin avtomobil yollarında hərəkəti davamlı müşahidə olunmaqdadır.

BAKI, 19 mart — Sputnik. Ümumi istifadədə olan avtomobil yollarında iriqabaritli və ağırçəkili nəqliyyat vasitələrinin icazə verilən həddən artıq yüklənməsi nəticəsində avtomobil yollarına, yol qurğularına ziyan vurulur, digər hərəkət iştirakçıları üçün təhlükəli vəziyyət yaranır.

Sputnik Azərbaycan Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyinin məlumatına istinadla xəbər verir ki, bunun qarşısını almaq məqsədilə magistral və respublika əhəmiyyətli avtomobil yollarında təşkil edilmiş tərəzi nəzarət məntəqələrində Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyi "Avtomobil Yollarının Mühafizə Xidməti" MMC-nin və Daxili İşlər Nazirliyinin Baş Dövlət Yol Polisi İdarəsinin əməkdaşlarının birgə xidmətinin təşkili üzrə tərtib edilmiş tədbirlər planına əsasən maarifləndirmə xarakterli yoxlama tədbirləri görülür.

Yoxlama tədbirləri zamanı iriqabaritli və ağırçəkili nəqliyyat vasitələrinin icazə verilən çəki və kütlə parametrlərinə dair tələbləri pozan sürücülərin aşkarlanması, icazə verilən həddən artıq yükü olan nəqliyyat vasitələrinin agentliyin səlahiyyətləri daxilində yol hərəkətindən kənarlaşdırılması, artıq yükün boşaldılması və sürücülərə inzibati məsuliyyət daşıdıqları barədə xəbərdarlıqların edilməsi həyata keçirilir.

Lakin iriqabaritli və ağırçəkili nəqliyyat vasitələrinin icazə verilən həddən artıq yüklənməsi nəticəsində avtomobil yollarına, yol qurğularına ziyan vurulması, digər hərəkət iştirakçıları üçün təhlükəli vəziyyətin yaranması barədə edilən xəbərdarlıqlara baxmayaraq, artıq yüklə yüklənmiş nəqliyyat vasitələrinin avtomobil yollarında hərəkəti davamlı müşahidə olunmaqdadır.

Hərəkət zamanı icazə verilən kütlə və qabarit parametrlərinə əməl etməməklə iriqabaritli və ya ağırçəkili nəqliyyat vasitələrinin avtomobil yollarına vurduqları ziyanın hesablanması qaydalarının, yol ötürücülərinin yük götürmə qabiliyyətinin müəyyən edilməsi, habelə hamin zərərin ödənilməsi və aradan qaldırılması məqsədilə tədbirlərin görülməsi zərurəti yarandığından bu istiqamətdə müvafiq addımların atılması davam etdiriləcək.

Əsas mövzular