06:55 29 Mart 2020
Canlı yayım
  • USD1.7000
  • RUB0.0274
  • EUR1.9035
CƏMİYYƏT
Qısa URL
6 0 0

İştirakçılar AZAL və “Buta Airways” aviaşirkətləri tərəfindən yerinə yetirilən uçuşlar üçün ballar toplaya və sonra onları AZAL-ın mükafatlandırıcı aviabiletlərinə dəyişə və yaxud xidmət sinfinin yüksəldilməsi üçün istifadə edə bilərlər

BAKI, 18 mart — Sputnik. "COVID-19" koronavirus infeksiyasının sürətlə yayılması və əksər istiqamətlər üzrə uçuşların məhdudlaşdırılması ilə bağlı yaranmış gözlənilməz vəziyyəti nəzərə alaraq, “Azərbaycan Hava Yolları” “AZAL-Miles” proqramının iştirakçılarına bonus ballarının etibarlılıq müddətini ən azı bu ilin sonunadək uzadacaq.

Bu barədə Sputnik Azərbaycan-a AZAL-dan məlumat verilib.

Bildirilib ki, ballarının etibarlılıq müddəti bu il bitməli olan proqram iştirakçıları 2021-ci ilin yanvarın 1-dək ballardan istifadə edə biləcəklər. Bu qayda həm aviabiletlərə dəyişdirilə bilən səyahət ballarına, həm də Gold və Platinum elit səviyyələrinin status ballarına şamil olunur.

Müvafiq bildiriş bütün proqram iştirakçılarına fərdi olaraq elektron poçt vasitəsilə göndəriləcək.

"AZAL-Miles" - “Azərbaycan Hava Yolları” QSC-nin tez-tez uçan sərnişinləri üçün nəzərdə tutulmuş proqramdır. İştirakçılar AZAL və “Buta Airways” aviaşirkətləri tərəfindən yerinə yetirilən uçuşlar üçün ballar toplaya və sonra onları AZAL-ın mükafatlandırıcı aviabiletlərinə dəyişə və yaxud xidmət sinfinin yüksəldilməsi üçün istifadə edə bilərlər. Yetərli sayda status balları topladıqdan sonra Gold və Platinum statusuna sahib olan iştirakçılar hava limanının biznes zal xidmətinə giriş, əlavə baqaj və s. kimi üstünlüklərdən faydalana bilərlər. Daha ətraflı məlumat aviaşirkətin saytında yerləşdirilmişdir: www.miles.azal.az. “AZAL-Miles” proqramı ilə bağlı suallarınızı müştəri xidmətlərinə azalmiles@azal.az elektron poçt ünvanı və yaxud saytımızdakı əks əlaqə forması vasitəsilə yönləndirə bilərsiniz.

 

 

Əsas mövzular