CƏMİYYƏT
Cəmiyyətin həyatında baş verən aktual hadisələr

Bayram ərəfəsi hava: buna ancaq meteohəssaslar sevinəcəklər

© Sputnik / Murad OrujovДождливая погода в Баку
Дождливая погода в Баку - Sputnik Azərbaycan
Abunə olmaq
Sabah Abşeron yarımadasında meteoroloji amillərin zəif və mülayim tərəddüdü meteohəssas insanlar üçün əlverişli olacaq

BAKI, 18 mart — Sputnik. Bakıda və Abşeron yarımadasında sabah arabir yağış yağacağı gözlənilir. Gecə bəzi yerlərdə intensiv olacağı ehtimalı var.

Sputnik Azərbaycan Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Departamentinin məlumatına istinadla xəbər verir ki, gündüz hava dəyişkən buludlu olacaq, əsasən yağmursuz keçəcək. Mülayim şimal küləyi əsəcək.

Havanın temperaturu Bakıda və Abşeron yarımadasında gecə 4-6, gündüz 8-10 dərəcə isti olacaq. Atmosfer təzyiqi norma daxilində 762 mm civə sütunu təşkil edəcək, nisbi rütubət gecə 75-85, gündüz 55-65 faiz olacaq.

Azərbaycanın rayonlarında isə sabah bəzi yerlərdə yağış, dağlıq ərazilərdə qar yağacağı gözlənilir. Ayrı-ayrı şərq rayonlarında intensiv olacağı ehtimalı var. Gündüz hava əsasən yağmursuz keçəcək. Gecə və səhər bəzi yerlərdə duman olacaq. Qərb küləyi əsəcək, gündüz ayrı-ayrı yerlərdə arabir güclənəcək.

Havanın temperaturu gecə 2-7, gündüz 10-15 dərəcə isti, dağlarda gecə 0-5 dərəcə şaxta, gündüz 2-7 dərəcə isti olacaq.

Tibbi-meteoroloji proqnoza gəldikdə isə sabah Abşeron yarımadasında meteoroloji amillərin zəif və mülayim tərəddüdü meteohəssas insanlar üçün əlverişli olacaq.

Xəbər lenti
0