CƏMİYYƏT
Cəmiyyətin həyatında baş verən aktual hadisələr

Qazaxıstanın Bakıdakı səfirliyi bu ölkənin vətəndaşlarına müraciət etdi

© Sputnik / Murad OrujovБакинский железнодорожный вокзал после реконструкции и модернизации
Бакинский железнодорожный вокзал после реконструкции и модернизации - Sputnik Azərbaycan
Abunə olmaq
Qazaxıstanın Bakıdakı səfirliyi bu ölkənin Azərbaycanda olan vətəndaşlarına müraciət edib Qazaxıstanın Bakıdakı səfirliyi bu ölkənin Azərbaycanda olan vətəndaşlarına müraciət edib

Eldar Tanrıverdiyev, Sputnik Azərbaycan

BAKI, 18 mart — Sputnik. Qazaxıstanın Bakıdakı səfirliyi bu ölkənin Azərbaycanda olan vətəndaşlarına müraciət edib. Bu barədə Sputnik Azərbaycan-a Qazaxıstanın Azərbaycandakı səfirliyindən daxil olan məlumatda bildirilir.

Azərbaycanın müəyyən ölkələrlə (Rusiya, İran, Gürcüstan, Türkiyə) dövlət sərhədlərinin bağlanılması, Qazaxıstana Azərbaycandan olan aviareyslərin məhdudlaşması və ləğvi ilə bağlı bütün Qazaxıstan vətəndaşlarına, həmçinin vətəndaşlığı olmayan, lakin bu ölkədə yaşamaq üçün sənədi olan şəxslərə martın 22-nə qədər Qazaxıstana getmək məsləhət görülür.

Səfirlik qeyd edir ki, hazırda Qazaxıstana Bakı-Moskva-Qazaxıstan aviareysi və Bakı (Ələt) və Aktau (Qazaxıstan) bərə marşrutu ilə geri qayıda bilərlər.

1. "Aeroflot" şirkətinin əlaqə telefonları: +994 12 498 11 67/68

2. Bərə əlaqəsinin (Ələt – Aktau limanları) dəqiq cədvəli yoxdur, bərə ilə daşınmalar əlverişli hava şəraitində həyata keçirilir. Bununla bağlı Bakı Dəniz Limanında (Ələt) cədvəli şəxsən dəqiqləşdirmək olar: + 994 55 999 91 24

3: Qazaxıstanın Bakıdakı səfirliyinin əlaqə telefonları:

Konsul Mayya Adilbayeva: + 994 51 255 7864

Üçüncü katib Baurjan Beqalimov: + 994 50 683 6211.

Xəbər lenti
0