CƏMİYYƏT
Cəmiyyətin həyatında baş verən aktual hadisələr

Cəza tədbiri qanuna salındı: Epidemiya əleyhinə rejimi pozanlara qarşı tədbir görüləcək

© Sputnik / Murad OrujovПрохожие в медицинских масках на улице в Баку, фото из архива
Прохожие в медицинских масках на улице в Баку, фото из архива - Sputnik Azərbaycan
Abunə olmaq
Epidemiya əleyhinə rejimin, sanitariya-gigiyena və karantin rejimlərinin pozulmasına görə vəzifəli şəxslər 1500 manatdan 2 min manatadək, hüquqi şəxslər 2 min manatdan 5 min manatadək məbləğdə cərimə ediləcək

BAKI, 17 mart – Sputnik. Milli Məclisin bu gün keçirilən plenar iclasında İnzibati Xətalar Məcəlləsinə dəyişiklik müzakirəyə çıxarılıb.

Ситуация в связи с эпидемиологической обстановкой в Италии - Sputnik Azərbaycan
SƏHİYYƏ
Səfirlik koronovirus epidemiyası ilə bağlı vətəndaşlarımıza müraciət edib

Sputnik Azərbaycan xəbər verir ki, İnzibati Xətalar Məcəlləsinə edilən dəyişikliyə görə, 211-ci maddə aşağıdakı redaksiyada verilir:

"Maddə 211. Epidemiya əleyhinə rejimin, sanitariya-gigiyena və karantin rejimlərinin pozulması

Epidemiya əleyhinə rejimin, sanitariya-gigiyena və karantin rejimlərinin pozulmasına görə fiziki şəxslər yüz manatdan iki yüz manatadək məbləğdə, vəzifəli şəxslər min beş yüz manatdan iki min manatadək məbləğdə cərimə edilir, yaxud işin hallarına görə, xətanı törədənin şəxsiyyəti nəzərə alınmaqla, bir ayadək müddətə inzibati həbs tətbiq olunur, hüquqi şəxslər iki min manatdan beş min manatadək məbləğdə cərimə edilir”.

Dəyişiklik səsə qoyularaq qəbul edilib.

Qeyd edək ki, koronavirus infeksiyası dünya ölkələri arasında sürətlə yayılmaqda davam edir.

Nazirlər Kabineti yanında operativ qərargahdan bildirilib ki, virusun uzun inkubasiya dövrünün olması, yayılma sürəti və vaksinin hələ də tapılmaması dövlətləri daha da ciddi tədbirlər görməyə sövq edir.

Azərbaycan hökuməti koronavirus epidemiyasına görə səfərbər oldu

Ümumdünya Səhiyyə Təşkilatı tərəfindən koronavirus infeksiyasının qlobal pandemiya elan olunduğunu nəzərə alaraq və virusun qarşısının alınması istiqamətində Ümumdünya Səhiyyə Təşkilatının tövsiyə və tələblərindən irəli gələrək ölkə ərazisində bir sıra təxirəsalınmaz tədbirlərin həyata keçirilməsi zərurəti yaranıb. Bununla əlaqədar bir ay müddətində kütləvi tədbirlərin təxirə salınması qərara alınıb. Həmçinin dövlət və özəl sektora aid qurumlardan, vətəndaşlardan xüsusi qaydalara ciddi riayət etmələri tələb olunur.

Məcəlləyə dəyişiklik qeyd edilən qaydalara və rejimlərə fiziki və hüquqi şəxslər tərəfindən əməl olunmamasına görə inzibati məsuliyyəti müıəyyən edir.

Xəbər lenti
0