21:45 03 Aprel 2020
Canlı yayım
  • USD1.7000
  • RUB0.0274
  • EUR1.9035
CƏMİYYƏT
Qısa URL
47 0 0

“Evinə çörək aparan insanları da düşünmək lazımdır. Hesab edirəm ki, paytaxta gediş-gəlişi davam etdirmək lazımdır.”

BAKI, 17 mart - Sputnik. “İnsanlar var ki, bir gün işləməsə, evinə çörək apara bilməz. Dünən həmkarım Fazil Mustafa Bakıya giriş-çıxışın bağlanmasını təklif edib, amma bu, yolverilməzdir”.

Sputnik Azərbaycan xəbər verir ki, bunu Milli Məclisin İqtisadi, siyasət və sahibkarlıq komitəsinin bu gün keçirilən iclasında deputat Vahid Əhmədov deyib.

Deputat bildirib ki, koronavirus böyük bəladır və ölkəmiz də bu bəladan istisna deyil: “Ancaq evinə çörək aparan insanları da düşünmək lazımdır. Hesab edirəm ki, paytaxta gediş-gəlişi davam etdirmək lazımdır. Bölgələrdən Bakıya çoxlu məhsullar daxil olur. Eyni zamanda, özümüzü koronavirusdan qorumalıyıq”.

Əsas mövzular