18:59 02 Aprel 2020
Canlı yayım
  • USD1.7000
  • RUB0.0274
  • EUR1.9035
CƏMİYYƏT
Qısa URL
10 0 0

Sərnişinlərin Bakıya bir qədər gec çatmalarına səbəb isə həmin şəxslərin hər birinin tibbi müayinədən keçməsi olub.

BAKI, 17 mart — Sputnik. Türkiyədən yola salınan 250-yə yaxın sərnişinin hamısı artıq Bakıya çatıb.

Sputnik Azərbaycan xəbər verir ki, bu barədə Dövlət Avtomobil Nəqliyyatı Xidmətinin (DANX) mətbuat katibi Nuridə Allahyarova bildirib. Onun sözlərinə görə, sonuncu iki avtobus bu gün səhər saatlarında paytaxta çatıb.

“İstanbul-Bakı müntəzəm reysi üzrə hərəkətdə olan sərnişinlərimizin hamısı artıq ölkədədir. İlk iki avtobus ötən gün Bakıya çatıb, gecə saat 02:30-da isə sonuncu sərnişinlərimiz "Qırmızı körpü" sərhəd keçid məntəqəsindən ölkəyə daxil oldular. Sonuncu sərnişinlər də paytaxta çatıblar. Bakıya bir qədər gec çatmalarına səbəb isə həmin şəxslərin hər birinin tibbi müayinədən keçməsi olub. Sərnişinlərin verdiyi məlumata görə, onların heç birində virus aşkarlanmayıb və karantinə alınmayıblar” – deyə N. Allahyarova bildirib.

Əsas mövzular