CƏMİYYƏT
Cəmiyyətin həyatında baş verən aktual hadisələr

Qızıltəpə abidəsində aparılmış arxeoloji qazıntı nəticə verib

© Sputnik / Irade JELILQızıltəpə ətrаfı
Qızıltəpə ətrаfı - Sputnik Azərbaycan
Abunə olmaq
İki hissədən ibarət olan Qızıltəpə 5 hektardan çox ərazini əhatə edir, 17 metrə yaxın hündürlüyü olan tarixi abidədən ətrafı çox yaxşı müşahidə etmək mümkündür.

İradə Cəlilova, Sputnik Azərbaycan

BAKI, 17 mart — Sputnik. "2019-cu ilin mart-aprel aylarında M.M.Mustafayevin rəhbərliyi ilə AMEA Arxeologiya və Etnoqrafiya İnstitutunun Imişli Arxeoloji ekspedisiyasi, Qızılkənd ərazisində yerləşən, Qızıltəpə abidəsində arxeoloji tədqiqat işlərini davam etdirib".

Bu barədə Sputnik Azərbaycan-a tarix uzrə fəlsəfə doktoru Mikayıl Mustafayev məlumat verib.

O, bildirib ki, aparılan tədqiqatlar nəticəsində Qızıltəpə abidəsinin müdafiə xarakterli və ciddi qorunan bir qala olduğu müəyyən edilib.

© Sputnik / Irade JELILQızıltəpə abidəsində aparilmış arxeoloji qazıntı
Qızıltəpə abidəsində aparılmış arxeoloji qazıntı nəticə verib - Sputnik Azərbaycan
Qızıltəpə abidəsində aparilmış arxeoloji qazıntı

İki hissədən ibarət olan Qızıltəpə 5 hektardan çox ərazini əhatə edir, 17 metrə yaxın hündürlüyü olan tarixi abidədən ətrafı çox yaxşı müşahidə etmək mümkündür. Bu yerin bir özəlliyi və unikallığı da ondan ibarətdir ki, qala tamamilə su hövzəsi ilə əhatə olunub: "Bu il aparılan tədqiqatlar zamanı, abidədə stratiqrafiyani oyrənmək üçün 23m., uzunluğunda 1 metr enində şurf qazıldı. Hər 2 metr dərinlikdən təbəqələrin planı çəkilib öyrənildi".

Onun sözlərinə görə, arxeoloji qazıntı zamanı sahənin cənub istiqamətində çiy kərpicdən tikilmiş eni 55 sm. olan divar qatı, daha sonra qərb istiqamətində də paralel olaraq digər çiy kərpicdən hörülmüş divar, yaxşı vəziyyətdə olan təndir kürəsi aşkarlandı. Aşkar olunmuş divar qatları çox səliqəli düzümlə inşa edilib, araları gil məhlulnan doldurulub.

© Sputnik / Irade JELILQızıltəpə abidəsində aparilmış arxeoloji qazıntı
Qızıltəpə abidəsində aparılmış arxeoloji qazıntı nəticə verib - Sputnik Azərbaycan
Qızıltəpə abidəsində aparilmış arxeoloji qazıntı

Arxeoloji qazıntı sahəsində üzərində rəngli naxışlar olan, şirli və şirsiz həmçinin əl işləri ilə döymələr vurulan bir çox məişət əşyaları, şüşə qab fraqmentləri, sümük alətləri, mis sikkələr aşkar olunub.

"Qazıntının ilk mərhələsindən aşkar olunmuş maaddi mədəniyyət nümunələri, bu yerin orta əsrələrə aid olduğunu göstərsə də, qeyd etmək istərdim ki, stratiqrafik şurfdan dəmir dövrü materialı da aşkar olundu . Qeyd etmək istərdim ki "Qızıl Təpə" abidəsi son zamanlarda arxeoloji qazintilar nəticəsində aşkara çıxarılmış Qala, kompleks yaşayış yeri və ən unikal abidələrdən biridir, və burada mütamadi qazıntı işlərinin aparılması elmi baxımdan olduqca əhəmiyyətlidir"-deyə o vurğulayıb.

© Sputnik / Irade JELILQızıltəpə abidəsində aparilmış arxeoloji qazıntı
Qızıltəpə abidəsində aparılmış arxeoloji qazıntı nəticə verib - Sputnik Azərbaycan
Qızıltəpə abidəsində aparilmış arxeoloji qazıntı

M. Mustafayev əlavə edib ki, gələcəkdə aparılacaq tədqiqatlar və əldə edilmiş yeni elmi araşdırmalar bölgənin tarixinin qaranlıq məqamlarına aydınlıq gətirəcək.

Xəbər lenti
0