CƏMİYYƏT
Cəmiyyətin həyatında baş verən aktual hadisələr

Biletlərin pulu tam həcmdə qaytarılır

© Azerbaijan Railways CJSCПассажирский поезд, который будет курсировать по железной дороге Баку-Тбилиси-Карс
Пассажирский поезд, который будет курсировать по железной дороге Баку-Тбилиси-Карс - Sputnik Azərbaycan
Abunə olmaq
Bakı-Tbilisi-Bakı sərnişin qatarının Azərbaycan ərazisindəki hərəkət cədvəlinə, stansiyalara çatma və yola düşmə vaxtlarına dəyişiklik edilməyib

BAKI, 16 mart — Sputnik. Bakı-Tbilisi-Bakı qatarı ilə Gürcüstan ərazisinə getmək üçün alınmış biletlərə görə ödənilən məbləğ "Azərbaycan Dəmir Yolları" QSC tərəfindən tam həcmdə geri qaytarılır.

Sputnik Azərbaycan  "Azərbaycan Dəmir Yolları" QSC-nin məlumatına istinadla xəbər verir ki, biletlərin qaytarılması prosesi normal qaydada davam edir.

Məlumat verdiyimiz kimi, 2020-ci il 14 mart saat 00:00-dan etibarən on günlük müddətə Azərbaycan və Gürcüstan arasında dövlət sərhədinin bütün nəqliyyat vasitələri üçün müvəqqəti bağlanması ilə əlaqədar Bakı-Tbilisi-Bakı sərnişin qatarı Böyük Kəsik stansiyasına qədər hərəkət edib Bakıya qayıdır. Bununla bağlı Bakı-Tbilisi-Bakı sərnişin qatarının Azərbaycan ərazisindəki hərəkət cədvəlinə, stansiyalara çatma və yola düşmə vaxtlarına dəyişiklik edilməyib.

Xəbər lenti
0