CƏMİYYƏT
Cəmiyyətin həyatında baş verən aktual hadisələr

Almaniyada koronavirusa görə azərbaycanlılar üçün qaynar xətt yaradıldı

Abunə olmaq
Türkiyədə (+905372826740), Gürcüstanda (+995 577 06 50 50) və Belçikada (+32 484 41 26 61) yerləşən səfirliklərimizdə də vətəndaşlarımıza kömək məqsədilə qaynar xətlər açılıb

BAKI, 15 mart — Sputnik. Yeni növ koronavirusun yayılması ilə bağlı baş verən vəziyyətlə əlaqədar Azərbaycanın Almaniyadakı səfirliyində “qaynar xətt” yaradılıb.

Sputnik Azərbaycan bildirir ki, Almaniya ərazisində səfərdə olan Azərbaycan vətəndaşlarına, həmçinin təcili konsulluq xidmətlərinə ehtiyacı olan bütün şəxslərə +493021916158 nömrəsi vasitəsilə qaynar xəttə müraciət etmək tövsiyə olunur.

Qeyd edək ki, Türkiyədə (+905372826740), Gürcüstanda (+995 577 06 50 50) və Belçikada (+32 484 41 26 61) yerləşən səfirliklərimizdə də vətəndaşlarımıza kömək məqsədilə qaynar xətlər açılıb.

Xəbər lenti
0