CƏMİYYƏT
Cəmiyyətin həyatında baş verən aktual hadisələr

İcra Hakimiyyəti hədələdi: gələn dəfə restoran sahiblərinin adları açıqlanacaq

© AFP 2023Сотрудник ресторана с кальяном в руках, фото из архива
Сотрудник ресторана с кальяном в руках, фото из архива - Sputnik Azərbaycan
Abunə olmaq
Növbəti günlərdə keçiriləcək reydlərdə neqativ hallar aşkarlanan obyektlərin sahiblərinin də adları ictimaiyyətə çatdırılacaq

BAKI, 15 mart — Sputnik. Ötən gün Bakı Şəhər Ticarət və Xidmət Departamenti rayon polis idarələri ilə birgə paytaxtın ictimai iaşə obyektlərində, kafe və restoranlarında qəlyan çəkilməsinin qarşısının alınması məqsədilə reydləri davam edib.

Sputnik Azərbaycan bildirir ki, Bakı Şəhər İcra Hakimiyyətindən verilən məlumata görə, qəlyan çəkilməsinin bir sıra virus infeksiyaların yayılmasına səbəb olacağı barədə müvafiq xəbərdarlıqların olmasına baxmayaraq bəzi obyekt sahibləri tərəfindən pul qazanmaq həvəsi vətəndaşlarımızın sağlamlığından daha üstün tutulduğundan reydlər zamanı yeni pozuntular aşkarlanıb.

Bu neqativ hallar Səbail rayonu, İçərişəhərdəki “Museum İnn” otelinin kafesində, Nəsimi rayonu Süleyman Rüstəm küçəsi 11 ünvanındakı “Pafos” Karaoke Sinema Klubda, Cavadxan küçəsindəki “Korona” kafesində, Nəsimi rayonundakı “Badam” çay evində, Sabunçu rayonunda “MM” çay evində, Suraxanı rayonu, Yeni Günəşli qəsəbəsi, “Çardaq” kafesində aşkar edilib.

Departament rəsmiləri və hüquq-mühafizə orqanları tərəfindən belə obyektlərin sahiblərinə ciddi xəbərdarlıq edilib. Növbəti günlərdə keçiriləcək reydlərdə neqativ hallar aşkarlanan obyektlərin sahiblərinin də adları ictimaiyyətə çatdırılacaq. Bununla bağlı müvafiq tədbirlər və reydlər davam etdiriləcək.

Xəbər lenti
0