CƏMİYYƏT
Cəmiyyətin həyatında baş verən aktual hadisələr

Hər şərdə bir xeyir var – Əvvəllər baxmadığımız yerə gözümüzü zilləmişik

© Sputnik / Murad OrujovТуристы в Ичери Шехер
Туристы в Ичери Шехер - Sputnik Azərbaycan
Abunə olmaq
Gərək qiymətlər ucuzlaşsın, azulduzlu otellət tikilsin ki, turizm sahəsində qiymətlər aşağı düşsün. Yoxsa bu qiymətlərlə biz daxili turistləri yerli turizm xidmətlərindən istifadəyə cəlb edə bilmərik

Zülfiyyə Quluyeva, Sputnik Azərbaycan

BAKI, 15 mart — Sputnik. Bu gün bütün dünyanı ağuşuna alan dəhşətli koronavirus bir çox sahələri iflic edib. Bütün dünyada əhəmiyyətli görüşlər, təbirlər, idman yarışları bir-birinin ardınca ləğv edilir. Ölkələr arasında mal mübadiləsi, əlaqələr dayandırılır.

Янардаг – Горящая года - Sputnik Azərbaycan
CƏMİYYƏT
Turizm müəssisələrinə giriş qadağan olundu

Koronavirusunən çox zərbə vurduğu sahələrdən biri də turizmdir. Hətta “turizmin Məkkəsi” sayılan qardaş Türkiyədə koronavirusun yayılması ilə  mübarizə aparmaq üçün hökumət otellərə turizm mövsümünə martda deyil, aprelin sonlarında başlamağı təklif edib. Bu da öz növbəsində Türkiyədə turizmə, eləcə də büdcəyə ciddi zərbə vuracaq.

Azərbaycanda da turizm sektoru virus təhlükəsinin vurduğu zərərdən kənarda qalmayıb. Hətta mart ayının rəqəmlərində xarici turistlərin sayında ciddi şəkildə azalma müşahidə edilir. Belə vəziyyətdə Dövlət Turizm Agentliyi daxili turizm potensialından istifadə olunması üçün kampaniyaya da başlayıb. “Macəra Yaxındadır!” adlı kampaniyanın məqsədi dövlət səviyyəsində daxili turizmi təbliğ etmək, yerli əhalini ölkənin turizm imkanlarından yararlanmağa təşviq etməklə Azərbaycan vətəndaşları üçün təqdim edilən bütün turizm təkliflərini bir araya gətirməkdir. Belə ki, www.macerayaxindadir.az veb-səhifəsində kampaniyanın tərəfdaşı olan turizm şirkətlərinin və hotellərin irəli sürdüyü xüsusi endirimli turizm xidmətləri və ya turizm paketlərindən ibarət təkliflər yerləşdiriləcək. Kampaniyaya çərçivəsində bütün yerli şirkətlər əməkdaşlığa dəvət olunurlar. Ölkədaxili turizm fəaliyyəti üzrə dövlət tənzimlənməsinin bir istiqaməti olaraq kampaniya ölkədaxili turizmin inkişafını və fəallaşmasını təmin edəcək.

Koronavirusun Azərbaycan turizminə təsirini necə azaltmaq olar – ekspert şərh edir

Bəs görəsən koronovirusun yayıldığı bir ərəfədə daxili turizmin təbliğatı səmərə verəcəkmi?

Rəna Kərimova - Sputnik Azərbaycan
CƏMİYYƏT
Azərbaycanlı qızdan turizm həvəskarlarını şok edəcək məlumatlar

DAİR Otellər və Restoranlar Assosiasiyası İdarə Heyətinin sədri Samir Dübəndi Sputnik Azərbaycan-a açıqlamasında bildirib ki, koronovirusun yayılması daxili turizmin inkişafına əlverişli zəmin yaradıb: “Hazırda dünyanın əksər ölkələrində turistlər xarici ölkələrə səfərlərini təxirə salıblar. Bu, ölkəmizə də aiddir. Yaranan vəziyyət Azərbaycanda da daxili turizmi inkişaf etdirməyin vacibliyini ortaya qoyub. İndiyədək daxili turistlərin ölkəmizdə turizmə marağına o qədər də önəm verilmirdi. Amma artıq biz daxili turistlərə hesablanmış fəaliyyətə üstünlük verməliyik ki, ölkə vətəndaşları istirahət üçün yerli turizmin xidmətlərindən istifadə etsinlər. İndiyədək Azərbaycana xaricdən turist gəldiyi üçün biz az büdcəli daxili turistlərə o qədər də əhəmiyyət vermirdik. Amma artıq elə bir vəziyyət yaranıb ki, biz ölkəmizdəki az büdcəli turistləri cəlb edə bilmək üçün çalışmalıyıq”.

Turizm üzrə ekspert Müzəffər Ağakərimov isə Sputnik Azərbaycan-a açıqlamasında bildirib ki, turizm hərtərəfli inkişaf etdirilməlidir: “Ancaq xarici turistləri nəzərə almaq düzgün deyil. Çünki Azərbaycan hər il buna görə xeyli daxili turistin xaricdə istirahət etməsinə şərait yaradırdı. Azərbaycanda turizm ancaq çox büdcəli turistlərə hesablandığından, daxili turistlər istirahət üçün Gürcüstan kimi ucuz turizmi olan ölkələri seçirdi. Halbuki bu çox səhv yanaşmadır. Turizmi inkişaf edən bütün ölkələrdə daxili turistlər nəzərə alınır. Az büdcəli turistlər üçün turizmin inkişaf etdiyi ərazilərdə ucuz yerləşmə yerləri, xidmətlər təklif edilir. Azərbaycanda isə turizmin inkişaf etdiyi bütün bölgələrdə otellər bahalıdır. Az büdcəli Azərbaycan vətəndaşının həmin yerlərdə istirahət etməsi mümkün deyil. İndi koronovirusun yayılması nəticəsində ümid qalıb öz daxili turistlərimizə. Amma buna görə gərək qiymətlər ucuzlaşsın, az ulduzlu otellər tikilsin ki, turizm sahəsində qiymətlər aşağı düşsün. Yoxsa bu qiymətlərlə biz daxili turistləri yerli turizm xidmətlərindən istifadəyə cəlb edə bilmərik”.

Xəbər lenti
0