CƏMİYYƏT
Cəmiyyətin həyatında baş verən aktual hadisələr

Görün bizə nə yedirdirmişlər... – FOTO

© The Food Safety Agency of the Republic of AzerbaijanYararsız məhsul
Yararsız məhsul - Sputnik Azərbaycan
Abunə olmaq
Reyd zamanı "Goldenline" əmtəə nişanlı bitki-kərə spredlərinin 800 qram və 1 kq-lıq hissələrə bölünərək "Goldenline slivoçnoe" əmtəə nişanlı kərə yağı kimi etiketlənərək ticarət şəbəkələrinə satılması faktı aşkar edilib

BAKI, 12 mart — Sputnik. Azərbaycan Respublikasının Qida Təhlükəsizliyi Agentliyi (AQTA) əhalinin sağlamlığının qorunması və təhlükəsiz qida məhsulları ilə təmin edilməsi istiqamətində mütəmadi monitorinqlər həyata keçirir.

Sputnik Azərbaycan-ın Azərbaycan Qida Təhülkəsizliyi Nazirliyinə istinadən xəbərinə görə, həyata keçirilən monitorinqlər çərçivəsində Bakı şəhəri, Binəqədi rayonu, Binəqədi şosesi, 7-ci döngə ünvanında yerləşən anbarda reyd keçirilib. Reyd zamanı "LV Standart" MMC tərəfindən idxal olunan "Goldenline" əmtəə nişanlı bitki-kərə spredlərinin Yaqubov Natiq Şaqaim oğlu tərəfindən 800 qram və 1 kq-lıq hissələrə bölünərək "Goldenline slivoçnoe" əmtəə nişanlı kərə yağı kimi etiketlənərək ticarət şəbəkələrinə satılması faktı aşkar edilib. Eyni zamanda yağların üzərində istehlak xüsusiyyətinin öz əksini tapmadığı və qablaşdırılan yağların üzərində bitki yağı olması ilə bağlı heç bir məlumatın yazılmadığı müəyyən edilib.

© The Food Safety Agency of the Republic of Azerbaijan
Yararsız məhsul - Sputnik Azərbaycan
1/3
© The Food Safety Agency of the Republic of Azerbaijan
Yararsız məhsul - Sputnik Azərbaycan
2/3
© The Food Safety Agency of the Republic of Azerbaijan
Yararsız məhsul - Sputnik Azərbaycan
3/3
1/3
2/3
3/3

Anbarda xammal kimi 670 kq, "Goldenline" əmtəə nişanı adı altında etiketlənərək kərə yağı kimi qablaşdırılan 315 kq yağ müəyyən edilib. Məhsullardan götürülən nümunələr ekspertizadan keçirilməsi üçün Qida Təhlükəsizliyi İnstitutunun müvafiq laboratoriyalarına təqdim olunub.

Aşkarlanan faktlar əsasında Qida Təhlükəsizliyi Agentliyinin əməkdaşları tərəfindən bitki yağ spredinin kərə yağı kimi etiketlənməsinin həyata keçirildiyi anbarın fəaliyyəti məhdudlaşdırılıb və kərə yağ adı altında etiketlənən məhsulların satışının qarşısı alınıb.

Faktla bağlı araşdırmalar davam etdirilir.

Xəbər lenti
0