CƏMİYYƏT
Cəmiyyətin həyatında baş verən aktual hadisələr

Bakıda Müslüm Maqomayevə heykəl ucaldılacaq

© Sputnik / Vitaly Arutyunov / Mediabanka keçidMüslüm Maqomayev
Müslüm Maqomayev - Sputnik Azərbaycan
Abunə olmaq
Bakı Şəhər İcra Hakimiyyəti Azərbaycan Respublikasının Mədəniyyət Nazirliyi ilə birlikdə Müslüm Maqomayevin abidəsinin ucaldılması ilə bağlı tədbirlərin həyata keçirilməsini təmin etməlidir

BAKI, 12 mart — Sputnik. Prezident İlham Əliyev Müslüm Maqomayevin abidəsinin ucaldılması haqqında Sərəncam imzalayıb.

Sputnik Azərbaycan bildirir ki, sərəncama əsasən, Bakı şəhərində görkəmli sənətkar Müslüm Maqomayevin abidəsi ucaldılacaq. Bakı Şəhər İcra Hakimiyyəti Azərbaycan Respublikasının Mədəniyyət Nazirliyi ilə birlikdə Müslüm Maqomayevin abidəsinin ucaldılması ilə bağlı tədbirlərin həyata keçirilməsini təmin etməlidir.

Azərbaycan Respublikasının Nazirlər Kabineti bu Sərəncamdan irəli gələn məsələləri həll etməlidir.

Xəbər lenti
0