CƏMİYYƏT
Cəmiyyətin həyatında baş verən aktual hadisələr

"İnanın, qorxmağa əsas yoxdur, əcəl gələndə xəbər etmir ki!"

© Pexels Craig AdderleyŞadlıq sarayı, arxiv şəkli
Şadlıq sarayı, arxiv şəkli - Sputnik Azərbaycan
Abunə olmaq
"Dollarla bağlı müəyyən proqnozlar var. Bundan başqa, neftin də qiymətində azalmalar nəzərə çarpır. Virusun da tüğyan etdiyini nəzərə alsaq belə, qiymətlərdə elə bir dəyişiklik olmayıb" - Restoran sahibi

Nigar İsgəndərova, Sputnik Azərbaycan

BAKI, 11 mart — Sputnik. Hökumət toy məclislərinin təxirə salınmasını tövsiyə edir. Azərbaycan Respublikası Nazirlər Kabineti yanında operativ qərargahın yaydığı açıqlamada deyilir ki, adamların sıx toplaşdığı məkanlarda virusa yoluxma riski yüksək olduğundan qarşıdakı aylarda toy və bu cür məclislərin təxirə salınması, yas mərasimlərinin isə kütləvi keçirilməməsi tövsiyə edilir. "Virusun geniş yayılmasının qarşısının alınması məqsədilə Azərbaycan hökuməti tərəfindən aparılan tədbirlərə dəstək olaraq vətəndaşlarımızı bir daha adamların sıx toplaşdığı yerlərdən, qapalı məkanlardan uzaq durmağa, xarici ölkələrə, eyni zamanda risk qrupu ölkələrinə səfərlərini təxirə salmağa, vacib səfərlər zamanı isə qoruyucu tədbirlərə maksimum riayət etməyə (qoruyucu tibbi maska, xüsusi qoruyucu eynək, dezinfeksiyaedici vasitələrdən istifadə və s.) çağırırıq", -  deyə açıqlamada bildirilib.

Новобрачные, фото из архива - Sputnik Azərbaycan
CƏMİYYƏT
"Yaz, 60 manat, yemədi, getdi" - Toy biznesinə təhdid

Maraqlıdır, bu qərar restoranların fəaliyyətinə necə təsir edir?

Sputnik Azərbaycan bununla bağlı sorğu təşkil edib. Əlaqə saxladığımız bir çox restoranlarda nəinki may və yay aylarınadək, eləcə də martın 15-dən etibarən əksər günlərin boş olduğunu öyrəndik. Öncəki aylarla müqayisədə qiymətlərdə də müəyyən endirimlərin olduğunu dedilər. Qiymətlər 26 manatdan başlayır: 26, 30, 35, 40. Ancaq tələbatın belə az olduğu bir müddətdə bazarda 120 manata da toy üçün yer təklif edənlər var.

Paytaxtın məşhur şadlıq saraylarından birinin sahibi deyir ki, 150 nəfərlik yerə görə adambaşına 70 manat, 300 nəfərlik yerə görə isə adambaşına 120 manat ödəniş edilməlidir. Onlar buna görə müştərilərinə 20 manatadək güzəşt edə biləcəklərini deyirlər. Qiymətə isə əlavə olaraq tort və rəqs daxildir.

Restoran sahibi deyir ki, öncəki illərlə müqayisədə qiymətlərdə elə bir dəyişiklik olmayıb: "Dollarla bağlı müəyyən proqnozlar var. Bundan başqa, neftin də qiymətində azalmalar nəzərə çarpır. Virusun da tüğyan etdiyini nəzərə alsaq belə, qiymətlərdə elə bir dəyişiklik olmayıb".

Dezinfeksiya da olunur, tədbirlər də ləğv edilir - Amma bağlanmaq qərarı hələ yoxdur>>

Bəzi şadlıq saraylarının sahibləri hər toydan sonra obyektin tamamilə dezinfeksiya olunduğunu söyləyirlər. Onlar hətta dolların qiymətində dəyişiklik olsa da, müxtəlif aylar üçün bron edilən yerlərə görə toy sahibləri üçün qiymətlərin dəyişməyəcəyini deyirlər.

Digər restoranın sahibi "hamı toy edir, boş şeydir, narahatlığa əsas yoxdur" desə də, onun restoranında mart ayında sadəcə bir neçə günün bron edildiyini öyrəndik:

"Martda toy edənlər üçün qiymətlər 40 manatdır, Ramazan bayramına qədər qiymətlər belə qalacaq. Bundan sonra isə qiymətlər 45 manat olacaq. Ötən gün də toyumuz oldu, heç maskalı gələn də yox idi. İnanın, qorxmağa əsas yoxdur, əcəl gələndə xəbər etmir ki!"

Daha çox müştəri cəlb etmək, toy bazarını dirçəltmək üçün onlar gəlin və bəyə saç düzümünü, gəlin maşını kirayəsini və ağ brilyant üzük hədiyyə edirlər.

Ramazan ayının başlanmasına ay yarımdan da az bir vaxt qaldığını və insanların da adətən orucluğa qədər toy-nişan işlərini həll etməyə tələsdiklərini, üstəlik, bu cür şirnikləndirmələri nəzərə alsaq, tövsiyəyə nə dərəcədə əməl olunacağını proqnozlaşdırmaq çətindir. 

Bəzi restoranlar ayda iki dəfə, bəziləri həftədə bir dəfə, bəziləri isə gündəlik olaraq dezinfeksiya edilir.

Xəbər lenti
0