00:00 03 Aprel 2020
Canlı yayım
  • USD1.7000
  • RUB0.0274
  • EUR1.9035
CƏMİYYƏT
Qısa URL
9 0 0

Sosial təminat növləri üzrə təyinatların avtomatlaşdırılmış şəkildə həyata keçirilməsi vətəndaşların sosial təminat hüquqlarının hansısa quruma müraciət etmədən və sənəd təqdim olunmadan, elektron şəkildə reallaşdırılmasına imkan verib.

BAKI, 11 mart — Sputnik. Ötən il Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tərəfindən sosial təminat növləri üzrə yaradılmış elektron təyinat sistemləri vasitəsilə 55500 şəxsə e-qaydada pensiya, müavinət və təqaüd təyinatı aparılıb. Bu barədə Sputnik Azərbaycan-a Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyindən məlumat verilib.

Bildirilib ki, onlardan 18700-ü yaşa və əlilliyə görə pensiya, qalanları müavinət və təqaüd təyinatlarıdır. "Sosial təminat növləri üzrə təyinatların avtomatlaşdırılmış şəkildə həyata keçirilməsi vətəndaşların sosial təminat hüquqlarının hansısa quruma müraciət etmədən və sənəd təqdim olunmadan, elektron şəkildə reallaşdırılmasına imkan verib. Ümumilikdə 2019-cu ildə 21 sosial təminat növünün təyinatı elektronlaşdırılıb, bu isə illik 200 minədək təyinatın e-qaydada, proaktiv şəkildə həyata keçirilməsi deməkdir", - deyə rəsmi məlumatda bildirilir.

Əsas mövzular