CƏMİYYƏT
Cəmiyyətin həyatında baş verən aktual hadisələr

Qanundankənar ovçuların əməllərinin üstü açıldı

© AP Photo / Bob EdmeОхотничьи ружья, фото из архива
Охотничьи ружья, фото из архива - Sputnik Azərbaycan
Abunə olmaq
Həmin şəxslər barəsində İnzibati Xətalar Məcəlləsinin müvafiq maddələri ilə protokol tərtib olunaraq baxılması üçün İsmayıllı Rayon Məhkəməsinə göndərilib.

BAKI, 11 mart — Sputnik. İsmayıllı Rayon Polis Şöbəsinin əməkdaşları tərəfindən qanunsuz saxlanılan silah-sursatın aşkar edilərək götürülməsi istiqamətində əməliyyat tədbiri keçirilib.

Sputnik Azərbaycan Daxili İşlər Nazirliyinin Mətbuat Xidmətinin Şəki regional qrupundan verilən məlumata görə, polis əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri ilə İsmayıllı şəhər sakini Fərhad Səmədovdan "İJ-16" markalı və rayonun Qurbanəfəndi kənd sakini Vüqar Səmədovdan "TOZ-63" markalı müvafiq sənədləri olmayan ov tüfəngləri aşkar edilərək götürülüb.

Həmin şəxslər barəsində İnzibati Xətalar Məcəlləsinin müvafiq maddələri ilə protokol tərtib olunaraq baxılması üçün İsmayıllı Rayon Məhkəməsinə göndərilib.

Xəbər lenti
0