05:20 05 Avqust 2021
Canlı yayım
  • USD1.7000
  • EUR2.0179
  • RUB0.0233
CƏMİYYƏT
Qısa URL
3769 0 0

Modelyer Diana Əhədpur insanların onu olduğu kimi qəbul etmələri üçün şəxsi həyatındakı sirrləri açmaq qərarına gəlib.

BAKI, 11 mart — Sputnik. Məşhur azərbaycanlı dizayner Diana Əhədpur ilk dəfə evli kişi ilə əlaqələri və ondan 35 yaş böyük olan əcnəbi həyat yoldaşı barədə danışıb.

Sputnik Azərbaycan-ın məlumatına görə, bütün bunları modelyer Sausan Cudanın (Sausan Jouda) aparıcısı olduğu layihənin qonağı olarkən açıqlayıb. Əhədpur iki sevgilisinin olduğunu və hər iki sevgilisinin də evli kişilər olduğunu bildirib. Lakin bu, Əhədpuru heç də karıxdırmayıb.

"Mənim heç vaxt qarşılıqsız sevgim olmayıb. Həmişə seviləndən sonra sevməyə başlamışam. Özünə əmin qadınlar qarşılıqsız sevə bilməz. İki dəfə sevmişəm, hər ikisi evli kişilər olub. Mən bunu qabaqcadan bilmişəm. Bəzən elə adamları sevirsən ki, onları sevməyə dəyməzdi. Məhz o vaxt sevməyin ağılsızlıq olduğunu başa düşürsən. Onlar öz həyat yoldaşlarından ayrılıb mənimlə evlənəcəklərinə söz verməyiblər. Mən özüm də bunun əleyhinə olmuşam", - deyə Əhədpur etiraf edib.

Modelyer hazırkı həyat yoldaşı ilə tanış olanda, o da evli imiş. Tanışlıqdan üç ay sonra həmin kişi Əhədpura evlilik təklif edib, o da razılaşıb. Əri ondan 35 yaş böyükdür.

"Onunla tanış olanda heç düşünməmişdim ki, bu, evliliyə aparacaq. O, mənə evlilik təklif edəndə şoka düşmüşdüm. Öz həyat yoldaşından ayrıldı və biz Bakıda rəsmən evləndik. Adamlar fikirləşir ki, mən ona puluna görə ərə getmişəm. Amma bu, belə deyil. Əgər ürəyi gözəl olmasaydı, heç vaxt onun arvadı olmazdım. Öz həyatını pula görə puç etmək nəyə lazım?", - deyə Əhədpur bildirib.

Dizayner istəyir ki, insanlar onu necə var, elə də qəbul eləsinlər. O, hesab edir ki, düzlük və ürəyiaçıqlıq onun xarakterinin ən yaxşı cəhətləridir.

Diana Əhədpur əvvəllər model işləyib, 2017-ci ildən öz geyim brendini yaradıb. Onun geyimləri dünyanın müxtəlif ölkələrində, o cümlədən də Azərbaycanda bir çox moda həftələrində nümayiş etdirilib.

Əsas mövzular