CƏMİYYƏT
Cəmiyyətin həyatında baş verən aktual hadisələr

Xəstəliklə mübarizədə köməyi "ağ xalatlılardan" gözləyirdik, amma önə uniformalılar çıxdı

© Sputnik / Murad OrujovСотрудники полиции, фото из архива
Сотрудники полиции, фото из архива - Sputnik Azərbaycan
Abunə olmaq
DİN Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsinin əməkdaşları tərəfindən tibbi maskalara artan tələbatdan sui-istifadə etmə hallarının qarşısını almaq məqsədilə əməliyyat tədbirləri davam etdirilir.

Zülfiyyə Quluyeva, Sputnik Azərbaycan

BAKI, 11 mart — Sputnik. Koronavirusa yoluxanların sayı artdıqca bütün dünyada olduğu kimi Azərbaycanda da tibbi maskalara tələbat artır. Bu günlərdə isə Daxili İşlər Nazirliyi Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsinin əməkdaşları tərəfindən ölkə ərazisində tibbi maskalara artan tələbatdan sui-istifadə edərək bu ləvazimatların real dəyərindən dəfələrlə baha qiymətə satışını həyata keçirməyə cəhd edən, habelə qaçaqmalçılıq yolu ilə ölkə hüdudlarından kənara çıxarmağa çalışan şəxslərə qarşı kompleks əməliyyat tədbirləri həyata keçirilib. Sputnik Azərbaycan bundan sonra apteklərdə tibbi maskalarla bağlı qıtlıq olub-olmadığını, qiymətləri araşdırıb.

Отделение для людей с подозрением на коронавирус - Sputnik Azərbaycan
SƏHİYYƏ
ÜST nümayəndəsindən koronavirusla bağlı acı etiraf

"Vitamin" aptekdən Sputnik Azərbaycan-a bildiriblər ki, ölkə prezidentinin tibbi maska çatışmazlığı ilə bağlı məlum çıxışından və hüquq-mühafizə orqanlarının birgə əməliyyat tədbirindən sonra depolarda maska satışına başlanılıb. Aptekin əczazçısı bildirib ki, artıq maskanın qiyməti də ucuzlaşıb: "İndi tibbi maskanın qiyməti 20 qəpikdir. Amma bizə tapşırıblar ki, maska məsələsində sui-istifadə halları olduğundan, tibbi maskaları 5 ədəddən artıq satmayaq. Bir müştəriyə maksimum 5 ədəd tibbi maska satırıq. Satışda spirt də var. Qiymətlər 30-50 qəpiyədək ucuzlaşıb".

"Təbib" aptekdən isə maskaların qiyməti 20 qəpiyə düşsə də, iki ədəddən artıq satmadıqlarını bildirdilər: "Koronavirusa görə tibbi maskalara tələbat artıb. Bizə tapşırıq verilib ki, iki ədəddən artıq masa satmayaq. Adambaşına maksimum iki maska satırıq".

"11 N" aptekindən isə bildirdilər ki, gündə adambaşına 3 maska satılır. Bir tibbi maskanın qiyməti isə 20 qəpikdir: "Depolarda maska satışında problem yoxdur. Amma bizə deyiblər ki, tibbi maskalar kütləvi satılmasın. Çünki, vəziyyətdən istifadə edənlər var. Maskanı bizdən topdansatışdan 20 qəpiyə alıb kənarda 50-70 qəpiyə satırlar".

 Təcili Tibbi Yardım avtomobili - Sputnik Azərbaycan
SƏHİYYƏ
Azərbaycanda koronavirusdan sağalanlar var - RƏSMİ

Paytaxtda baş çəkdiyimiz digər apteklərdə də tibbi maska problemi ilə üzləşmədik. Apteklərdə satıcılar bildirdilər ki, depolardan tibbi maska satışında müəyyən məhdudiyyətlər olsa da, bütün apteklər tibbi maska ala bilir. Ona görə də tibbi maskaların qiyməti 70 qəpikdən 20 qəpiyə endirilib. Sadəcə olaraq tibbi maskaların apteklərdə topdansatışına icazə verilmir.

Qeyd edək ki, Daxili İşlər Nazirliyi Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsinin əməkdaşları tərəfindən keçirilən əməliyyat zamanı İran İslam Respublikasının vətəndaşları Bahadur Davud, Moenifard Seyidməhəmməd, Saviz Amiryusif külli miqdarda tibbi maskaları satmaq istəyən zaman tutulublar. Həmçinin, Baş İdarə əməkdaşları tərəfindən keçirilən əməliyyat zamanı Çin Xalq Respublikasının vətəndaşları Yang Kun və Yiming Liunun ölkədən qaçaqmalçılıq yolu ilə öz vətənlərinə göndərmək məqsədilə tədarük etdikləri külli miqdarda tibbi maskalar onların Bakı şəhəri Yasamal rayonunda kirayədə yaşadıqları mənzildən aşkar olunaraq götürülüb. Əməliyyat tədbirlərinin davamı olaraq Çin vətəndaşlarını külli miqdarda tibbi maska ilə təmin etməkdə şübhəli bilinən paytaxt sakini Arif İsmayılov da müəyyən edilərək saxlanılıb. Baş İdarə əməkdaşları tərəfindən keçirilən daha bir tədbir zamanı Xaçmaz rayon sakini Elvin Balamətov, Bakı şəhər sakini Elşən Ələkbərov, eləcə də paytaxt sakinləri Aslan Musayev, Şahin Fərzəliyev və Vaqif Mehbalıyev tibbi maska satarkən saxlanılıblar. Qeyd edək ki, bu şəxslər tibbi maskaları real dəyərindən dəfələrlə baha qiymətə satışa təqdim etdikləri üçün ifşa ediliblər. Baş İdarənin əməkdaşları tərəfindən keçirilən tədbirlər nəticəsində ümumilikdə 1 milyon 50 min ədəd yaxın tibbi maska müəyyən edilərək dəstə üzvlərindən maddi sübut kimi götürülüb.

Ситуация в связи с эпидемиологической обстановкой во Франции - Sputnik Azərbaycan
Fransada koronavirusdan ölənlərin sayı artır

Daxili İşlər Nazirliyinin ictimaiyyətlə əlaqələr şöbəsinin rəisi Ehsan Zahidov Sputnik Azərbaycan-a açıqlamasında bildirib ki, Daxili İşlər Nazirliyi Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsinin əməkdaşları tərəfindən ölkə ərazisində tibbi maskalara artan tələbatdan sui-istifadə etmə hallarının qarşısını almaq məqsədilə əməliyyat tədbirləri davam etdirilir. O ki qaldı Baş İdarənin əməkdaşları tərəfindən keçirilən tədbirlər nəticəsində müsadirə olunan 1 milyon 50 min ədəd yaxın tibbi maskanın aqibətinə, E. Zahidov o maskaların Nazirlər Kabineti yanında yaradılan Qərargaha təhvil veriləcəyini söyləyib.

Xəbər lenti
0