CƏMİYYƏT
Cəmiyyətin həyatında baş verən aktual hadisələr

Bakı –Sumqayıt yolunun taleyi həll olundu...

© Sputnik / Irade JELILBakı-Sumqayıt yolu
Bakı-Sumqayıt yolu - Sputnik Azərbaycan
Abunə olmaq
Hazırda yolda bərpa-təmir işləri ilə əlaqədar sıxlıq müşahidə edilsə də, vətəndaşalr hesab edir ki, bu müvəqqəti haldır.

İradə Cəlilova, Sputnik Azərbaycan

BAKI, 8 mart — Sputnik. Artıq Bakı şəhərinin şimal girişi - Bakı-Sumqayıt yolunun genişləndirilməsi istiqamətində son işlər görülür. İki gün əvvəl Avtovağzal yaxınlığında olan sonuncu təpə dağıdıldı və ərazi hamarlaşdırıldı.

Bundan sonra isə yolun genişləndirilməsi və təmiri işlərinə başlanılacaq.

Artıq yolun sağ və sol tərəflərində yaşayış evlərinə qədər olan ərazi sökülüb və yaşayış evlərinin divarları bir qədər geri çəkilib. Sökülən ərazilər təmir edilib.

Hazırda yolda bərpa-təmir işləri ilə əlaqədar sıxlıq müşahidə edilsə də, vətəndaşlar düşünürlər ki, bu, müvəqqəti haldır.

Elə Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyi də belə hesab edir.

Qurumun mətbuat katibi Anar Nəcəfli Sputnuk Azərbaycan-a açıqlamasında bildirib ki, dövlət başçısının tapşırığına uyğun olaraq, Bakı şəhərinin şimal girişində xüsusən günün pik saatlarında yaşanan tıxac və ləngimələrin aradan qaldırılması, həmçinin fövqəladə hallar zamanı avtonəqliyyat vasitələrinin paytaxta rahat və təhlükəsiz giriş-çıxışını təmin etmək məqsədi ilə hazırlanan və aidiyyəti dövlət qurumları ilə razılaşdırılan layihələr əsasında genişmiqyaslı yenidənqurma işləri həyata keçirilir.

© Sputnik / Irade JELILYolda vəziyyət
Bakı –Sumqayıt yolunun taleyi həll olundu... - Sputnik Azərbaycan
Yolda vəziyyət

Belə ki, yenidənqurma işləri Bakı-Quba-Rusiya Federasiyası ilə dövlət sərhədi avtomobil yolunun Bakı Beynəlxalq Avtovağzal kompleksi qarşısından başlayaraq "Masazır dairəsi"nə qədər olan hissəsində və əks istiqamətdə həyata keçirilir.

A.Nəcəfli əlavə edib ki, aparılan yenidənqurma işləri çərçivəsində hazırda magistral yolun Bakı Beynəlxalq Avtovağzal kompleksi qarşısından keçən hissəsində mövcud olan süni təpəciklərin sökülməsi ilə yolun hər iki istiqaməti üzrə 1 hərəkət zolağı enində genişləndirilməsi işləri görülür: "Analoji işlər sözügedən ərazidə yerləşən yol ötürücüsündə də aparılır. Belə ki, körpüdə əlavə svay əsaslı özül üzərində dayaq inşa olunmaqla sağ və sol istiqamətdə əlavə 1 hərəkət hissəsinin yaradılması nəzərdə tutulur".

Onun sözlərinə görə, bundan başqa, magistral yolun təqribən 8-ci km-də yerləşən və dəmir yolu üzərində inşa olunmuş yol ötürücüsünün alt hissəsində 2 hərəkət zolaqlı yeni geridönmə hissəsinin yaradılması üçün də hazırlıq işlərinə başlanılır.

A.Nəcəfli əlavə edib ki, yeni yol hissəsinin yaradılması ilə uzun məsafə qət edib geridönmə əməliyyatını "Xırdalan dairəsi"ndən etməyə lüzum qalmayacaq.

© Sputnik / Irade JELILBakı –Sumqayıt yolunda təmir işləri
Bakı –Sumqayıt yolunun taleyi həll olundu... - Sputnik Azərbaycan
Bakı –Sumqayıt yolunda təmir işləri

Bu isə öz növbəsində "Xırdalan dairəsi" ətrafında yaşanan tıxac və ləngimələrin aradan qaldırılmasına müsbət mənada təsir edəcək.

Qurumun rəsmisi vurğulayıb ki, hazırlanmış layihələrə əsasən, artıq Bakı-Quba-Rusiya Federasiyası ilə dövlət sərhədi avtomobil yolunun 7-ci km-də, Bakı Beynəlxalq Avtovağzal kompleksi ilə metronun "Avtovağzal" stansiyası arasındakı ərazidə süni yaradılmış, magistral yolun hərəkət hissəsinin daralmasına səbəb olan "təpəcik" ləğv edilib. Onun yerində sürət-keçid zolağının salınması ilə əsas yolun hərəkət hissəsini genişləndirərək zolaqlarının sayını 4-ə çatdırmaq üçün də işlər aparılır.

"Eyni zamanda şimal tərəfdən (Sumqayıt istiqamətindən) hərəkət edən avtonəqliyyat vasitələrinin Biləcəri qəsəbəsinə daxil olmaları üçün Bakı Dairəvi-1 avtomobil yolu istiqamətində hərəkət edən nəqliyyat vasitələri ilə bərabər uzun məsafə qət etmədən və ərazidə əlavə sıxlıq yaradılmadan "buta şəkilli adacıq" vasitəsi ilə sola dönmə yeri təşkil olunacaq", - deyə o bildirib.

A.Nəcəflinin verdiyi məlumata görə, bundan başqa, Bakı Beynəlxalq Avtovağzal kompleksinin və "Avtovağzal" metro stansiyasının ərazisindən keçərək yolötürücü vasitəsi ilə Bakı Dairəvi-1 avtomobil yolu istiqamətində hərəkət edən avtomobillərin hərəkət şiddətinin yüksək olduğu üçün həmin ərazinin sağ tərəfi genişləndirilməklə nəqliyyat vasitələrinin hərəkətinin səmərəli təşkili və hərəkət iştirakçılarının təhlükəsizliyi təmin olunacaq.

© Sputnik / Irade JELILBakı –Sumqayıt yolunda təmir işləri
Bakı –Sumqayıt yolunun taleyi həll olundu... - Sputnik Azərbaycan
Bakı –Sumqayıt yolunda təmir işləri

"Paytaxtda şimal istiqamətindən giriş-çıxışın təkmilləşdirilməsi məqsədi ilə aparılan genişmiqyaslı tədbirlər çərçivəsində "20 Yanvar" metrostansiyanın "Azərsu" Açıq Səhmdar Cəmiyyətinin inzibati binasının qarşısındakı çıxışını 8-10 metr irəli çəkmək şərti ilə hərəkət hissəsini genişləndirərək əlavə hərəkət zolağının yaradılmasına və daim sağa hərəkətin təmin edilməsinə nail olmaq, bundan başqa "20 Yanvar" dairəsinin ölçülərinin dəyişdirilərək "oval" formada, həmçinin keçmiş "velotrek"in qarşısında hərəkət hissəsini genişləndirməklə sağa daimi hərəkətin təşkil edilməsi ilə ərazidə yaşanan sıxlığın aradan qaldırılmasına nail olmaq üçün də işlərə start verilib"-o vurğulayıb.

Eyni zamanda, Bakı Dairəvi-1avtomobil yolu ilə Badamdar istiqamətində hərəkət edən nəqliyyat vasitələrinin geri dönməsinə şərait yaradılması məqsədilə yerli keçid yollarını birləşdirən mövcud yolötürücüləri vasitəsi ilə geriyədönmə yerinin (avtovağzal istiqamətinə) yaradılması nəzərdə tutulur. Bununla da Yeni Yasamal yaşayış kompleksi və Abbas Mirzə Şərifzadə küçəsi istiqamətində şəhərə daxil olan avtonəqliyyat vasitələrinin uzun məsafə qət edib, Bakı şəhər Baş Dövlət Yol Polisi İdarəsinin qarşısında yerləşən dairədən geri dönmə əməliyyatı yerinə yetirməyə ehtiyac qalmayacaq. Bu isə öz növbəsində Badamdar şossesi istiqamətində yaşanan tıxac və ləngimələrin aradan qaldırılmasına müsbət təsir edəcək.

© Sputnik / Irade JELILBakı –Sumqayıt yolunda təmir işləri
Bakı –Sumqayıt yolunun taleyi həll olundu... - Sputnik Azərbaycan
Bakı –Sumqayıt yolunda təmir işləri

Xatırladaq ki, dövlət başçısının tapşırığına uyğun olaraq, hazırda "Xırdalan dairəsi" istiqamətində "Masazır dairəsi"nədək yolun, həmçinin "Xırdalan dairəsi"nin altından keçən avtomobil tunelinin hər bir istiqamət üzrə 2 hərəkət zolağı enində genişləndirilməsi işləri də davam etdirilir.

Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyinin rəhbərliyinin birbaşa nəzarəti altında "İnşaat Norma və Qaydaları"nın tələblərinə əsasən aparılan yenidənqurma işlərinin iyun ayınadək yekunlaşdırılması nəzərdə tutulur.

Xəbər lenti
0