CƏMİYYƏT
Cəmiyyətin həyatında baş verən aktual hadisələr

İstirahət günləri dincəlmək istəyənlərin nəzərinə

© Sputnik / Murad OrujovВесна в Баку , фото из архива
Весна в Баку , фото из архива - Sputnik Azərbaycan
Abunə olmaq
Paytaxtda havanın dəyişkən buludlu olacağı, əsasən yağmursuz keçəcəyi gözlənilir. Gecə və səhər bəzi yerlərdə duman olacaq

BAKI, 6 mart — Sputnik. İstirahət günlərində səyahətə çıxan insanlar üçün hava proqnozu məlum olub.

Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Departamentindən Sputnik Azərbaycan-a verilən məlumata görə, Böyük və Kiçik Qafqazda hava şəraitiəsasən yağmursuz keçəcək. Gecə və səhər bəzi yerlərdə duman olacaq. Şərq küləyi əsəcək. Havanın temperaturu gecə 2-7, gündüz 12-17 dərəcə isti olacaq.

Вид на комплекс Flame Towers в Баку - Sputnik Azərbaycan
CƏMİYYƏT
Duman Bakını sevdi

Lənkəran-Astara zonasında havaəsasən yağmursuz keçəcək. Səhər dağlarda duman olacaq. Şərq küləyi əsəcək. Havanın temperaturu gecə 5-8, gündüz 13-18, dağlarda gecə 5-8, gündüz 13-18 dərəcə isti olacaq.

Qazax-Gəncə zonasında hava şəraitininəsasən yağmursuz keçəcəyi gözlənilir. Şərq küləyi arabir güclənəcək. Havanın temperaturu gecə 3-8, gündüz 13-18 dərəcə isti olacaq.

Aran rayonlarında hava şəraiti yağmursuz keçəcək. Bəzi yerlərdə duman olacaq. Şərq küləyi arabir güclənəcək. Havanın temperaturu gecə 3-8, gündüz 15-20 dərəcə isti olacaq.

Naxçıvan Muxtar Respublikasında havanın yağmursuz keçəcəyi gözlənilir. Gecə və səhər bəzi yerlərdə duman olacaq. Şərq küləyi əsəcək. Havanın temperaturu gecə 0-5, gündüz 14-19 dərəcə isti olacaq.

Paytaxtda isə havanın dəyişkən buludlu olacağı, əsasən yağmursuz keçəcəyi gözlənilir. Gecə və səhər bəzi yerlərdə duman olacaq. Mülayim cənub küləyi əsəcək. Havanın temperaturu gecə 5-8, gündüz 10-14 dərəcə isti olacaq.

Xəbər lenti
0