CƏMİYYƏT
Cəmiyyətin həyatında baş verən aktual hadisələr

Jurnalistə SOCAR-da vəzifə verildi

CC0 / Pixabay / oficceOfis, arxiv şəkli
Ofis, arxiv şəkli - Sputnik Azərbaycan
Abunə olmaq
Şəfa Mehmanqızı bundan öncə Azərbaycan Gənclər Fondunun Mətbuat xidmətinin rəhbəri vəzifəsində çalışıb

BAKI, 4 mart — Sputnik. Azərbaycanın tanınmış aparıcısı, jurnalist Şəfa Mehmanqızı "SOCAR Capital"ın İctimaiyyətlə əlaqələr üzrə koordinatoru təyin olunub.

Bu barədə Sputnik Azərbaycan-a Ş.Mehmanqızı məlumat verib. Qeyd edək ki, Şəfa Mehmanqızı bundan öncə Azərbaycan Gənclər Fondunun Mətbuat xidmətinin rəhbəri vəzifəsində çalışıb. Həmçinin Nəqliyyatı İntellektual İdarəetmə Mərkəzinin (NİİM) İctimaiyyətlə əlaqələr şöbəsində mütəxəssis, daha sonra şöbənin rəhbəri kimi işləyib. 2013-cü ildə Xəzər Televiziyasında "Bizim gün" səhər proqramının aparıcısı olub.

Xəbər lenti
0