CƏMİYYƏT
Cəmiyyətin həyatında baş verən aktual hadisələr

Bakıda iri şirkət koronavirusa görə əməkdaşlarını evə buraxdı

© Photo : SOCARГоловной офис SOCAR в Баку, фото из архива
Головной офис SOCAR в Баку, фото из архива - Sputnik Azərbaycan
Abunə olmaq
"Skayp" üzərindən iclaslar təşkil olunsun, yəni bir otaqda çox adam yığışmasın. SOCAR-ın inzibati binasında dezinfeksiya işləri aparılır, dispenserlər yerləşdirilib, gələnlərin həratəti ölçülür"

BAKI, 4 mart — Sputnik. SOCAR şirkəti korona virusa görə işə gələn əməkdaşlarını bu gün evə buraxıb. SOCAR-ın mətbuat xidmətinin rəhbəri İbrahim Əhmədov Sputnik Azərbaycan-a bu məlumatı təsdiqləyib: "Bu profilaktik tədbirlərdir və əsasən də insanların çox toplaşdığı yerlərdə, məsələn, ofis şəraitində xəstəliyə yoluxma təhlükəsi yaranmasın deyə, əməkdaşlara bildirildi ki, istehsalat zərurəti yoxdursa, evdən işləsinlər.

Burada 1200-dən artıq insan bir yerdə işləyir. İşçilərə təklif olunub ki, kompüter avadanlıqlarını götürüb evdən işləsinlər. "Skayp" üzərindən iclaslar təşkil olunsun, yəni bir otaqda çox adam yığışmasın. SOCAR-ın inzibati binasında dezinfeksiya işləri aparılır, dispenserlər yerləşdirilib, gələnlərin hərarəti ölçülür. Virus yayılmış ölkələrdən gələn əməkdaşlar isə 2 gün ərzində işə çıxmayaraq SOCAR-ın hesabına müayinədən keçəcəklər".

İ.Əhmədov onu da bildirib ki, əməkdaşlara virusun yayıldığı xarici ölkələrə getməmək tövsiyə olunub: "Bir sözlə, ölkədə virusun yayılmasının qarşısını almaq üçün SOCAR ciddi tədbirlərə başlayıb. Bizim təlim mərkəzləri də martın 10-dək dayandırılıb".

Xəbər lenti
0