CƏMİYYƏT
Cəmiyyətin həyatında baş verən aktual hadisələr

Sputnik Azərbaycan-ın fotoqrafı "Formula-1"də çəkdiyi kadra görə mükafatlandırıldı

© Photo : © Ramil ZeynalovФотоконкурс
Фотоконкурс - Sputnik Azərbaycan
Abunə olmaq
Bakı Şəhər Halqası Əməliyyat Şirkəti tərəfindən təşkil edilən foto müsabiqəsinin münsiflər heyətinə Azərbaycan və Rusiyanın tanınmış fotoqrafları daxil olub.

BAKI, 3 mart — Sputnik. Azərbaycanda "Formula-1" Azərbaycan Qran-prisinin beş illiyinə həsr olunmuş fotomüsabiqənin nəticələri açıqlanıb.

"Gilavar" foto klubunun təşkilati dəstəyi ilə keçirilən müsabiqəyə 15 fotoqraf Bakı Şəhər Halqası Əməliyyat Şirkəti tərəfindən keçirilən "Formula 1" yarışının Bakı mərhələsindən çəkdikləri şəkillərini təqdim ediblər.

Nüfuzlu azərbaycanlı və rusiyalı fotoqraflardan ibarət münsiflər heyətinin qərarına əsasən Sputnik Azərbaycan-ın fotoqrafı Murad Orucovun çəkdiyi şəkillər ilk yerlərdən birinə layiq görülüb. O, "Trekdə" kateqoriyası üzrə ən yaxşı fotonun müəllifi olub.

© Sputnik / Murad OrujovMurad Orucovun "Trekdə" kateqoriyası üzrə ən yaxşı seçilən fotosu
Sputnik Azərbaycan-ın fotoqrafı Formula-1də çəkdiyi kadra görə mükafatlandırıldı - Sputnik Azərbaycan
Murad Orucovun "Trekdə" kateqoriyası üzrə ən yaxşı seçilən fotosu

"Əla şəkildir. Kifayət qədər kəskin və oxunaqlıdır. Rənginə görə də əladır və bolidə də bu rəng çox yaraşır. Arxa plandakı binanın zolaqlarının ritmini bəyənirəm. Yəqin ki, fotonu dərk etməyə buradan başladım və yalnız bundan sonra F1 bolidinə keçdim", - deyə münsiflər heyətinin üzvü, rusiyalı fotoqraf Yevgeni Safronov Murad Orucovun fotosunu şərh edərkən bildirib.

Əsərləri ən yaxşı hesab olunan fotoqraflara mükafat olaraq "Formula 1"-in İspaniya Qran Prisini ziyarət etmək imkanı verilib.

© Photo : © Ramil Zeynalov "Formula-1" Azərbaycan Qran-prisinin beş illiyinə həsr olunmuş fotomüsabiqənin qalibləri
Sputnik Azərbaycan-ın fotoqrafı Formula-1də çəkdiyi kadra görə mükafatlandırıldı - Sputnik Azərbaycan
"Formula-1" Azərbaycan Qran-prisinin beş illiyinə həsr olunmuş fotomüsabiqənin qalibləri

Xatırladaq ki, "Formula 1" üzrə Azərbaycan Qran Prisi -2020 5-7 iyun tarixlərində keçiriləcək. Ötən il Bakıda "Kral yarışları" 26-28 aprel tarixlərində baş tutub və "Mercedes" komandasının pilotu Valtteri Bottas yarışın qalibi olub.

Xəbər lenti
0