CƏMİYYƏT
Cəmiyyətin həyatında baş verən aktual hadisələr

Dizaynerlər Bakıda yığışdılar – Müsabiqə başa çatdı

© AR Ministry of CultureDizayn müsabiqəsi
Dizayn müsabiqəsi - Sputnik Azərbaycan
Abunə olmaq
18 münsifin olduğu layihədə 6 ölkədən olan peşəkarlar da yer alıb. Ümumilikdə müsabiqəyə 400-dən çox dizaynerin 611 əsəri təqdim olunub.

Kamal Almuradlı, Sputnik Azərbaycan

BAKI, 3 mart — Sputnik. Martın 2-də Azərbaycan Dövlət Akademik Opera və Balet Teatrında "Azerbaijan Design Award" layihə-müsabiqəsinin qaliblərinin mükafatlandırma mərasimi keçirilib.

Sputnik Azərbaycan xəbər verir ki, Mədəniyyət naziri Əbülfəs Qarayev finala vəsiqə qazanmış layihələrlə tanış olub. Dövlət himninin səslənməsi ilə başlayan mükafatlandırma mərasimində "Azerbaijan Design Award" layihəsinə aid videomaterial təqdim olunub. Tədbirdə çıxış edən Mədəniyyət naziri Əbülfəs Qarayev bildirib ki, yaradıcı şəxslər üçün tamamilə ödənişsiz təşkil olunan müsabiqə ölkədə dizayn səviyyəsinin yüksəldilməsi və istedadlı şəxsləri üzə çıxarmaq məqsədilə həyata keçirilib. Dizaynın keyfiyyətini yüksəltməklə dünya səviyyəsində dizaynerlərlə ayaqlaşmaq üçün mühit yaratmaq istəyən təşkilatçılar, buna görə dünyanın dörd bir yanından münsiflər cəlb ediblər.

© AR Ministry of CultureAzərbaycan Dövlət Akademik Opera və Balet Teatrında "Azerbaijan Design Award" layihə-müsabiqəsinin qaliblərinin mükafatlandırma mərasimi
Dizaynerlər Bakıda yığışdılar – Müsabiqə başa çatdı - Sputnik Azərbaycan
Azərbaycan Dövlət Akademik Opera və Balet Teatrında "Azerbaijan Design Award" layihə-müsabiqəsinin qaliblərinin mükafatlandırma mərasimi

Dünyaca məşhur peşəkarlardan ibarət münsiflər heyəti bütün layihələri onlayn şəkildə anonim olaraq dəyərləndiriblər.

"Azerbaijan Design Award" layihəsinin təsisçi və təşkilatçıları gənc dizaynerlər Rəhim İsmayılov (müəllif, həmtəsisçi) və Ramin Nəsirov (həmtəsisçi) bildiriblər ki, müsabiqə ölkənin ən yaxşı dizaynerlərinin seçilməsi üçün təsis olunub: "Bu il layihə çox böyük uğura imza atıb. Belə ki, artıq 2-ci dəfə təşkil olunan müsabiqəyə böyük maraq yaranmışdır. 18 münsifin olduğu layihədə 6 ölkədən olan peşəkarlar da yer alıb. Ümumilikdə müsabiqəyə 400-dən çox dizaynerin 611 əsəri təqdim olunmuşdu".

On dizayn kateqoriyasından olan yaradıcı insanları bir araya toplayan layihəyə Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi dəstək verib. Layihənin rəsmi tərəfdaşı, həmçinin Kreativ Azərbaycan portalıdır (www.creative.az).

© AR Ministry of CultureAzərbaycan Dövlət Akademik Opera və Balet Teatrında "Azerbaijan Design Award" layihə-müsabiqəsinin qaliblərinin mükafatlandırma mərasimi
Dizaynerlər Bakıda yığışdılar – Müsabiqə başa çatdı - Sputnik Azərbaycan
Azərbaycan Dövlət Akademik Opera və Balet Teatrında "Azerbaijan Design Award" layihə-müsabiqəsinin qaliblərinin mükafatlandırma mərasimi

Dizaynerlər rəsmi sayt üzərindən 10 kateqoriya üzrə layihələrini təqdim ediblər: brendinq, qablaşdırma dizaynı, illüstrasiya, veb-dizayn, sənaye dizaynı, tətbiqetmə (app) dizaynı, interyer dizaynı, eksteryer dizaynı, çap dizaynı, outdoor dizaynı.

Sonra "Azerbaijan Design Award" layihəsinin qalibləri final gecəsində elan olunub. Finalçılar "Azerbaijan Design Award" və Mədəniyyət Nazirliyi tərəfindən diplom və hədiyyələrlə mükafatlandırılıblar. Qaliblərə isə əsas mükafat "Azerbaijan Design Award" kuboku, diplom və hədiyyələr təqdim olunub.

Qeyd edək ki, müsabiqədə dizaynerlər 10 digər kateqoriya ilə yanaşı, 2019-cu ildə Bakı şəhərinin UNESCO-nun Yaradıcı Şəhərlər Şəbəkəsinə "Dizayn" tematikası üzrə daxil edilməsi münasibətilə Bakı Dizayn Şəhərinin xüsusi loqosunun hazırlanması nominasiyası üzrə də işlərini təqdim ediblər.

© AR Ministry of CultureAzərbaycan Dövlət Akademik Opera və Balet Teatrında "Azerbaijan Design Award" layihə-müsabiqəsinin qaliblərinin mükafatlandırma mərasimi
Dizaynerlər Bakıda yığışdılar – Müsabiqə başa çatdı - Sputnik Azərbaycan
Azərbaycan Dövlət Akademik Opera və Balet Teatrında "Azerbaijan Design Award" layihə-müsabiqəsinin qaliblərinin mükafatlandırma mərasimi

Bakı Dizayn Şəhərinin xüsusi loqosunun hazırlanması nominasiyası üzrə müsabiqənin qalibi xüsusi mükafatla – "Apple Macbook Air 2019 noutbuku" ilə təltif olunub.

Xəbər lenti
0