CƏMİYYƏT
Cəmiyyətin həyatında baş verən aktual hadisələr

"Gilavar"ın sənətkarları mükafat qazandılar

© Depositphotos.com / TolokonovСтаринные фотокамера и фотографии
Старинные фотокамера и фотографии - Sputnik Azərbaycan
Abunə olmaq
Klubun məqsədi ölkədə fotoqrafiyanın inkişafına töhfə vermək, istedadlı fotoqrafları üzə çıxarmaq, onların beynəlxalq foto müsabiqələrdə iştirak etmələrinə dəstək vermək və ölkəmizi dünyada fotolar vasitəsilə tanıtmaqdır

BAKI, 3 mart — Sputnik. Fevralın 29-u YARAT Müasir İncəsənət Mərkəzində Azərbaycan Fotoqraflar Birliyinin "İlin Fotoqrafı 2019" mükafatlandırma mərasimi keçirilib.

Sputnik Azərbaycan bildirir ki, tədbirdə Azərbaycan fotoqrafiya sənətində son illərdə xidmətləri olmuş fotoqraflar mükafatlarla təltif olunublar. Mükafatçılar arasında “Gilavar” Foto Klubunun, eləcə də klubun üç üzvünün adı var. Klub Azərbaycan fotoqrafiya sənətinin tərəqqi və inkişafı naminə həyata keçirilən tədbirlərdə iştirakına görə Xatirə Diplomuna, AZƏRTAC-ın fotomüxbiri, beynəlxalq dərəcəli fotoqraf Rəşad Mehdiyev beynəlxalq müsabiqələrdə qazandığı qələbələrə görə “İlin Fotoqrafı 2019”, təbiət və səyahət fotoqrafı Rüstəm Məhərrəmov Hüseyn Hüseynzadə xatirəsinə təsis olunmuş “Ümid”, sərbəst fotoqraf Orxan Əzimov isə “İtirilmiş Nəfəs” layihəsinə görə Əli Qafarovun xatirəsinə təsis olunmuş “Müharibə fotoqrafı” mükafatına layiq görülüblər.

© © Gilavar Photo Club of AzerbaijanXatirə diplomu
Gilavarın sənətkarları mükafat qazandılar - Sputnik Azərbaycan
Xatirə diplomu

“Gilavar” Foto Klubu 2017-ci ilin dekabr ayının 1-də tanınmış fotoqraflar Dilavər Nəcəfov və Rəşad Mehdiyev tərəfindən yaradılıb. Klubun məqsədi ölkədə fotoqrafiyanın inkişafına töhfə vermək, yaradıcı insanların imkanlarından istifadə etmək, istedadlı fotoqrafları üzə çıxarmaq, onların bu sahəyə maraq göstərmələrinə, beynəlxalq foto müsabiqələrdə iştirak etmələrinə dəstək vermək və ölkəmizi dünyada fotolar vasitəsi ilə tanıtmaqdır. Klubun Azərbaycan, rus və ingilis dillərində fəaliyyət göstərən www.gilavar.net veb saytı mövcuddur.

Xəbər lenti
0