CƏMİYYƏT
Cəmiyyətin həyatında baş verən aktual hadisələr

Maşın mənimdir əgər... Yolumuzu bağlayanların qəlbinə necə yol tapaq

© Sputnik / Nigar IskanderovaYolları mühasirə edən
Yolları mühasirə edən - Sputnik Azərbaycan
Abunə olmaq
“Bu cür yerlərdə parklama baha olduğu üçün sürücülər harada gəldi saxlayırlar. Bu isə nəticə etibarilə yolların tıxanmasına səbəb olur” - Zemfira Budaqova

Nigar İsgəndərova, Sputnik Azərbaycan

BAKI, 2 mart — Sputnik. Paytaxtın mərkəzi, əsas küçələri əsl qəfəsə çevrilib. Bu ərazilərdə avtomobil əlindən tərpənmək mümkün olmadığından, piyadaların gəzməsi artıq mümkünsüz hala gəlib.

Bu gün bir çox ölkələrdə “Avtomobilsiz küçələr”, “Sağlam həyat naminə gəzinti”, “Küçələr yalnız avtomobillər üçün deyil, həm də piyadalar üçündür” şüarları qaldırılsa da, biz bunu Azərbaycanda görə bilmirik. Demək olar ki, əsas küçələrin ətrafı avtomobillərlə zəbt olunub. Artıq iş o yerə çatıb ki, avtomobillər piyadalar üçün nəzərdə tutulan səkilərdə park edilir, bəzən isə onların arasında piyadanın keçməsi üçün kiçik bir ara məsafəsi belə qoyulmur. Dalanları bağlayan, zəncirvari şəkildə bir-birinə sıx saxlanılan avtomobillər ciddi narazılığa səbəb olur.

© Sputnik / Nigar IskanderovaBakının mərkəzində yol kənarında park edilən nəqliyyat vasitələri
Maşın mənimdir əgər... Yolumuzu bağlayanların qəlbinə necə yol tapaq - Sputnik Azərbaycan
Bakının mərkəzində yol kənarında park edilən nəqliyyat vasitələri

Bu halı xüsusən də paytaxtın "Tarqovı" adlanan, turistlərin daha çox üz tutduğu Nizami küçəsində müşahidə etmək mümkündür. Bu küçəyə aparan yollarda avtomobillərin necə gəldi park edildiyini görmək olar. Bəzən bu avtomobillərin cəngindən əsas yola çıxmaq da mümkünsüzdür.

Maraqlıdır, bu problemi necə həll etmək olar?

Memar Zemfira Budaqova da Sputnik Azərbaycan-a açıqlamasında avtomobillərin küçələri, xüsusən də mərkəzi küçələri zəbt etməsinin, park edilmənin düzgün aparılmamasının xoş olmadığını etiraf edib: “İri şəhərlərdə bunun üçün yeraltı dayanacaqlar yaradılır. Dünyada belə bir təcrübə var. Amma Bakıda, adını çəkdiyiniz ərazidə bu, bir qədər çətindir. Həmin ərazidən metro xətti keçir”.

© Sputnik / Nigar IskanderovaBakının mərkəzində yol kənarında park edilən nəqliyyat vasitələri
Maşın mənimdir əgər... Yolumuzu bağlayanların qəlbinə necə yol tapaq - Sputnik Azərbaycan
Bakının mərkəzində yol kənarında park edilən nəqliyyat vasitələri

“Yeraltı dayanacaq mümkün olmayanda yerüstü, çoxqatlı dayanacaqların tikilməsi lazımdır ki, küçələr, yollar avtomobillərlə dolmasın. Bunu da həmin yerlərdə tamamilə yararsız köhnə tikililəri sökərək onun yerində tikmək olar", - deyə ekspert vəziyyətdən çıxış yolunu göstərib.

Z.Budaqova Bakının mərkəzinin avtomobillərlə tıxanmasının səbəbi haqda danışarkən qiymət məsələsinə də toxunub və bildirib ki, sürücülər parklanma qiymətləri yüksək olduğu yerlərə üz tutmurlar: "Bu cür yerlərdə parklama baha olduğu üçün sürücülər harada gəldi saxlayırlar. Bu isə nəticə etibarilə yolların tıxanmasına səbəb olur”.

© Sputnik / Nigar IskanderovaBakının mərkəzində yol kənarında park edilən nəqliyyat vasitələri
Maşın mənimdir əgər... Yolumuzu bağlayanların qəlbinə necə yol tapaq - Sputnik Azərbaycan
Bakının mərkəzində yol kənarında park edilən nəqliyyat vasitələri

Qeyd edək ki, Bakı şəhərində parklanmaya nəzarət Bakı Nəqliyyat Agentliyi tərəfindən həyata keçirilir. BNA-dan Sputnik Azərbayan-ın sorğusuna cavab olaraq bildirilib ki, qeyd edilən ərazilərdə piyada zonalarının yaradılması əsas hədəflərdəndir: "Bununla bağlı təkliflər hazırlanaraq Nazirlər Kabinetinin Yol hərəkəti təhlükəsizliyi komissiyasına göndərilib. Hazırda məsələ müzakirə mərhələsindədir. Müsbət rəy veriləcəyi təqdirdə həmin ərazidə nəqliyyat vasitələri üçün hərəkət qismən və ya tam olmaqla məhdudlaşdırılacaq. Üstünlük piyadalara veriləcək".

"Ətrafda yaxınlıqda küçədən kənar və küçə parklanma yerləri kifayət qədərdir", - deyə verilən məlumatda bildirilib.

Xəbər lenti
0