06:39 06 Dekabr 2020
Canlı yayım
  • USD1.7000
  • RUB0.0274
  • EUR1.9035
CƏMİYYƏT
Qısa URL
2510

"Mütləq şikayəti edən şəxslərlə telefon əlaqəsi yaradılır. Ondan sonra araşdırmaya başlanılır. Avtobusda quraşdırılmış videokameralar vasitəsilə hadisə barədə dəqiqləşdirmə aparılır"

Zülfiyyə Quluyeva, Sputnik Azərbaycan

BAKI, 29 fevral — Sputnik. "Bakubus" avtobuslarında sürücülərdən daxil olan şikayətlər müraciət edən şəxsin iştirakı ilə araşdırılır. Sputnik Azərbaycan-ın məlumatına görə, bu barədə "Bakubus" MMC-nin əməkdaşı Camal Kərimov məlumat verib. O bidlirib ki, şikayətlər daxil olarkən hər müraciətə obyektiv baxılır: "Nəzarət şöbəsində həmin məsələlər ətraflı olaraq araşdırılır. Mütləq şikayəti edən şəxslərlə telefon əlaqəsi yaradılır. Ondan sonra araşdırmaya başlanılır. Avtobusda quraşdırılmış videokameralar vasitəsilə hadisə barədə dəqiqləşdirmə aparırıq. Sürücülər də dəvət olunur, dindirilirlər".

C.Kərimov bildirib ki, elə şikayətlər olur ki, telefonla cavablandırır: "Bəzən olur ki, vətəndaş şikayətini geri götürür. Sürücü sərnişindən təlimata uyğun qaydaya əməl etməyi tələb edirsə, bu zaman qaydalar şikayət edən sərnişinə izah olunur. Sürücü təqsirkar olduqda isə qayda pozuntusunu edən sürücü müəssisə tərəfindən cəzalandırılır. Təkrar həmin səhvlərə yol verildikdə sürücü barədə ciddi ölçü götürülür. Əksər hallarda qayda pozuntusu edən sürücülərə təlimlər keçirilir".

Əlaqədar

Bu avtobuslar dezinfeksiya olunur
Paytaxtda 7 avtobusun yolu dəyişdiriləcək
Daşıyıcılar qarşısında yeni tələb qoyuldu
Sərnişinlərə şad xəbər – Xüsusi zolaqların sayı artacaq
Bakıda 18 metrlik avtobuslar şütüyəcək

Əsas mövzular