CƏMİYYƏT
Cəmiyyətin həyatında baş verən aktual hadisələr

Yaz ayının ilk günü həşirlə gəlir

© Sputnik / Murad OrujovБакинский приморский бульвар
Бакинский приморский бульвар - Sputnik Azərbaycan
Abunə olmaq
Martın 1-də Abşeron yarımadasında gündüz güclü xəzri küləyinin əsəcəyi gözlənilir ki, bu da bəzi meteohəssas insanlarda narahatlıq hissi yarada bilər

BAKI, 29 fevral — Sputnik. Martın 1-də gözlənilən hava şəraiti haqqında məlumat açıqlanıb.

Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Departamentindən Sputnik Azərbaycan-a verilən məlumata görə, Bakıda və Abşeron yarımadasında dəyişkən buludlu olacağı, arabir tutulacağı, əsasən yağmursuz keçəcəyi gözlənilir.  Gecə və səhər bəzi yerlərdə duman olacaq, şimal-qərb küləyi gündüz güclənəcək.

Havanın temperaturu gecə 4-7° isti, gündüz  8-11° isti, Bakıda gecə 5-7° isti, gündüz  9-11° isti olacaq. Atmosfer  təzyiqi  758 mm civə sütunundan 764 mm civə sütununa yüksələcək. Nisbi rütubət gecə 70-80%, gündüz 60-65 % olacaq. 

Tibbi-meteoroloji proqnoz: martın 1-də Abşeron yarımadasında gündüz güclü xəzri küləyinin əsəcəyi gözlənilir ki, bu da bəzi meteohəssas insanlarda narahatlıq hissi yarada bilər.

Azərbaycanın rayonlarında arabir yağış, dağlıq ərazilərdə qar yağacağı gözlənilir. Bəzi şimal və şərq rayonlarında intensiv olacağı ehtimalı var. Gecə və səhər bəzi yerlərdə duman olacaq, qərb küləyi ayrı-ayrı yerlərdə arabir güclənəcək.  Havanın temperaturu  gecə 4-9° isti, gündüz  13-18°  isti, dağlarda gecə 3° şaxtadan 2°-dək isti, gündüz  4-8°  isti  olacaq.

Xəbər lenti
0