CƏMİYYƏT
Cəmiyyətin həyatında baş verən aktual hadisələr

Tələbə köçürmələri ilə bağlı xəbərdarlıq

© AFP 2023 / STEPHANE DE SAKUTINСтуденты проверяют результаты, фото из архива
Студенты проверяют результаты, фото из архива - Sputnik Azərbaycan
Abunə olmaq
Regionlarda daha çox Gəncə Dövlət Universitetinə, özəl universitetlər arasından isə daha çox Azərbaycan Kooperasiya Universiteti və Odlar Yurdu Universitetinə köçürülmək üçün müraciətlər olunub

 

BAKI, 29 fevral — Sputnik. Təhsil Nazirliyi Azərbaycanda tələbələrin daha çox hansı ali məktəblərə köçürülmək üçün müraciət etdiyini açıqlayıb. Sputnik Azərbaycan-a Nazirlikdən daxil olan məlumata görə, Təhsil Nazirliyinin İnformasiya şöbəsinin məsləhətçisi Günay İsgəndərova deyib ki, Bakıda tələbələr bu il fevralın 1-dən 7-dək transfer.edu.az portalı vasitəsilə daha çox Bakı Dövlət Universiteti, Azərbaycan Dövlət İqtisad Universitetinə köçürülmək üçün müraciət ediblər.

Regionlarda daha çox Gəncə Dövlət Universitetinə, özəl universitetlər arasından isə daha çox Azərbaycan Kooperasiya Universiteti və Odlar Yurdu Universitetinə köçürülmək üçün müraciətlər olunub. G.İsgəndərova əlavə edib ki, bu gündən başlayaraq, martın 3-dək köçürülən hər bir tələbə köçürüldüyü təhsil müəssisəsinə sənədlərini təqdim etməlidir. Nazirlik rəsmisi deyib ki, köçürülmə prosesi ildə iki dəfə həyata keçirilir. Artıq qış sessiyası üzrə köçürülmə prosesinin başa çatdığını deyən G.İsgəndərova bildirib ki, yay sessiyası üzrə tələbə köçürülməsi prosesi iyulun 15-dən 30-dək olacaq. Qeyd edək ki, bu il qış sessiyasında köçürülmə üçün müraciət edən 2266 tələbənin müraciəti müsbət cavablandırılıb.

Xəbər lenti
0