CƏMİYYƏT
Cəmiyyətin həyatında baş verən aktual hadisələr

Prezident üç generalı təltif etdi, sonra isə...

© © Official website of President of Azerbaijan RepublicПри Президенте Ильхаме Алиеве прошло совещание, посвященное итогам 2019 года
При Президенте Ильхаме Алиеве прошло совещание, посвященное итогам 2019 года - Sputnik Azərbaycan
Abunə olmaq
Dövlət Sərhəd Xidmətinin hərbi qulluqçuları üçüncü dərəcəli "Rəşadət" ordeni ilə təltif edilib, sonra isə istefaya buraxılıblar

BAKI, 27 fevral — Sputnik. Prezident İlham Əliyev "Azərbaycan Respublikası Dövlət Sərhəd Xidmətinin bir sıra hərbi qulluqçularının 3-cü dərəcəli "Rəşadət" ordeni ilə təltif edilməsi haqqında" Sərəncam imzalayıb.

Sputnik Azərbaycan xəbər verir ki, Sərəncamla Azərbaycan Respublikasının ərazi bütövlüyünün, təhlükəsizliyinin və dövlət sərhədinin mühafizəsinin təmin edilməsində xüsusi xidmətlərinə görə Dövlət Sərhəd Xidmətinin aşağıdakı hərbi qulluqçuları 3-cü dərəcəli "Rəşadət" ordeni ilə təltif ediliblər:

Cəbrayılov Asif Mikayıl oğlu – general-leytenant

Xəlilov Əsgər Sabir oğlu – general-leytenant

Tağı-zadə Fərhad Sabir oğlu – general-leytenant.

Prezident İlham Əliyev "Azərbaycan Respublikası Dövlət Sərhəd Xidmətinin bir sıra ali zabitlərinin həqiqi hərbi xidmətdən istefaya buraxılması haqqında" sərəncam imzalayıb.

Sputnik Azərbaycan xəbər verir ki, sərəncamla aşağıdakı ali zabitlər hərbi geyim formasını daşımaq hüququ verilməklə Azərbaycan Respublikasının Silahlı Qüvvələrində həqiqi hərbi xidmətdən istefaya buraxılıblar:

general-leytenant Cəbrayılov Asif Mikayıl oğlu

general-leytenant Xəlilov Əsgər Sabir oğlu

general-leytenant Tağı-zadə Fərhad Sabir oğlu.

Bu sərəncam imzalandığı gündən qüvvəyə minir.

Xəbər lenti
0