CƏMİYYƏT
Cəmiyyətin həyatında baş verən aktual hadisələr

Azərbaycanlılara baxıb həvəsə gəldilər, ölkədən çıxarıldılar

© AFP 2023 / RAIGO PAJULAОхотник, фото из архива
Охотник, фото из архива - Sputnik Azərbaycan
Abunə olmaq
"Ötən mövsümdə 200-ə yaxın Azərbaycan vətəndaşı ov qaydalarını pozub. Onlar ov silahından düzgün istifadə etmədikləri, qadağan olunmuş quş növlərini ovladıqları üçün saxlanılıblar" - Hikmət Əlizadə

BAKI, 27 fevral — Sputnik. Ötən ilin sonu və bu ilin əvvəlində elan olunan ov mövsümündə Azərbaycanda 18 əcnəbi ov qaydalarını pozub. Sputnik Azərbaycan xəbər verir ki, bu barədə jurnalistlərə açıqlamasında Ekologiya və Təbii Sərvətlər Nazirliyinin departament rəhbəri Hikmət Əlizadə deyib.

© Sputnik / Nigar IskanderovaEkologiya və Təbii Sərvətlər Nazirliyinin departament rəhbəri Hikmət Əlizadə
Azərbaycanlılara baxıb həvəsə gəldilər, ölkədən çıxarıldılar - Sputnik Azərbaycan
Ekologiya və Təbii Sərvətlər Nazirliyinin departament rəhbəri Hikmət Əlizadə

O bildirib ki, həmin şəxslər barəsində qanunvericiliyə uyğun olaraq tədbirlər görülüb: "Onlardan 10 nəfərin ov qaydalarını pozduğuna görə Azərbaycandan deportasiya edilməsi üçün müvafiq qurumlara müraciət etmişik. Əcnəbilərlə yanaşı, ov qaydalarını pozanlar arasında yerli vətəndaşlar da var. Ötən mövsümdə 200-ə yaxın Azərbaycan vətəndaşı ov qaydalarını pozub. Onlar ov silahından düzgün istifadə etmədikləri, qadağan olunmuş quş növlərini ovladıqları üçün saxlanılıblar. Onlara qanunvericilikdə nəzərdə tutulmuş qaydada 1000 manatdan 2000 manata qədər cərimə tətbiq edilib".

Xəbər lenti
0