09:11 30 Mart 2020
Canlı yayım
  • USD1.7000
  • RUB0.0274
  • EUR1.9035
CƏMİYYƏT
Qısa URL
84610

Hələ koronavirusun avtombil bazarına heç bir təsiri olmadığını bildirən ekspert vurğulayıb ki, gələcəkdə bu problemin bazara təsir etməyəcəyinə heç kim zəmanət verə bilməz.

İradə Cəlilova, Sputnik Azərbaycan

BAKI, 27 fevral — Sputnik. Ötən ilin sonlarında Çində yayılmış koronavirus artıq bir çox ölkələrdə fəsadlarla nəticələnib. Virusun müşahidə edilmədiyi ölkələr öz sərhədlərini bağlayır. Bu isə bütün sahələrə öz mənfi təsirini göstərir.

Bəs kornavirusun yaratdığı iqtisadi fəsadlar Azərbaycan avtomobil bazarına təsir edəcəkmi?

Sputnik Azərbaycan bu məsələni araşdırıb.

Nəqliyyat məsələri üzrə ekspert Elməddin Muradlı isə bildirib ki, koronavirusla bağlı bir çox sahələrdə problemlər yaşanır.

"Hazırda avtomobil hissələrinin böyük əksəriyyəti Çindən gətirilir. Bu baxımdan düşünürəm ki, bu avtomobil bazarında qiymətlərə öz təsirini göstərəcək. Yaxın zamanda bu təhlükə sovuşmasa hesab edirəm ki, bazarda dəyişikliklər olacaq və bu dəyişikliklər heç də yaxşıya doğru olmayacaq" - ekspert bildirib.

Onun sözlərinə görə, vətəndaşlarda Çin avtomobillərinə qarşı yenicə inam yaranmağa başlanmışdı. Bazarlarda orjinal ehtiyat hissəsləri ilə yanaşı Çin istehsalı olan ehtiyyat hissələri də satılırdı.

Hələ koronavirusun avtombil bazarına heç bir təsiri olmadığını bildirən ekspert vurğulayıb ki, gələcəkdə bu problemin bazara təsir etməyəcəyinə heç kim zəmanət verə bilməz.

E. Muradlı qeyd edib ki, virusun yayılma tempi digər ölkələrlə də olan münasibətlərə zərər vura bilər.

"Ümumiyyətlə, biz bu il bu virusun təsirlərini hər bir sahədə hiss edəcəyik. Bir çox dünya brendləri var ki, onların zavodları Çində yerləşir. Bura avtomobil istehsalçıları da daxildir. Bu səbəbdən də hesab edirəm ki, iqtisadi baxımdan çətin il olacaq" - o bildirib.

Nəqliyyat eksperti Eldəniz Cəfər Sputnik Azərbaycan-a bildirib ki, Çində koronavirus yayılması Azərbaycan avtomobil bazarına heç bir təsir etmədi: "Halhazırda digər ölkələrdə viruslar yayılsa da, bu biizm avtomobil bazarından yan keçdi. Müxtəlif ölkələrin sərhədlərind aparılan müvəqqəti profilaktik işlərin avtomobillərin qiymətinə təsir edəcəyini düşünmürəm. Qıtlıq və ya qiymət bahalaşması müşahidə edilmir".

Ekspert həmçinin vurğulayıb ki, avtomobillərin Azərbaycana idxalı adi qaydada davam edir. Avtomobillərin digər ölkələrdən Azərbaycana idxalında heç bir problem müşahidə edilmir.

Əsas mövzular