CƏMİYYƏT
Cəmiyyətin həyatında baş verən aktual hadisələr

Xırdalan işıqsız qalacaq, amma qaranlığa qərq olmayacaq

© pixabay / iamrajatagЛампочка, фото из архива
Лампочка, фото из архива - Sputnik Azərbaycan
Abunə olmaq
İstehlakçıların elektrik enerjisi təchizatında qısa müddətli fasilələr bu gün saat 12.00-dan 14.00-a qədər Xırdalan şəhərinin bəzi yaşayış massivlərində  yaranacaq

BAKI, 25 fevral — Sputnik. "Azərişıq" Açıq Səhmdar Cəmiyyəti Xırdalanda işığın verilişində fasilələrin olacağı ilə bağlı məlumat yayıb.

Qurumdan Sputnik Azərbaycan-a verilən məlumata görə, Xırdalan ETSİ-nin (Enerji Təchizatı və Satışı İdarələri) xidməti ərazisində elektrik verilişi xətlərində aparılacaq yenidənqurma və təmir işləri ilə əlaqədar olaraq bu gün fasilələr yaranacaq.

Məlumata görə, istehlakçıların elektrik enerjisi təchizatında qısa müddətli fasilələr bu gün saat 12.00-dan 14.00-a qədər Xırdalan şəhərinin bəzi yaşayış massivlərində  yaranacaq.

Xəbər lenti
0