CƏMİYYƏT
Cəmiyyətin həyatında baş verən aktual hadisələr

Qara maskalılar, zibillikdəki körpə və başkəsən müğənni - Həftənin olayları

© Sputnik / Murad OrujovСотрудник Службы государственной безопасности Азербайджана, фото из архива
Сотрудник Службы государственной безопасности Азербайджана, фото из архива - Sputnik Azərbaycan
Abunə olmaq
Sosial şəbəkələrdəki reaksiyalardan hiss olunurdu ki, hadisə bütün cəmiyyətə xoşbəxtlik hormonları ötürüb və əksəriyyət "qara maskalılar"ı öz şəhərində, rayonunda da səbirsizliklə gözləyir...

7x7 həftənin əsas hadisələrinə işıq tutur

Ən böyük qlobal ticarət tərəfdaşı ilə yeni imkanlar

Bu həftə Azərbaycan Prezidenti İlham Əliyev İtaliyada dövlət səfərində oldu.

İtaliyanı Azərbaycana ticari mənada ən böyük xeyir verən ölkə adlandıra bilərik. Belə ki, bu ölkə Azərbaycan neftinin əsas alıcısı olmaqla ticarət tərəfdaşlarımız arasında ilk yerdə qərarlaşıb. İşlər planlaşdırıldığı kimi getsə, 2020-ci ilin sonunadək Cənub Qaz Dəhlizinin sonuncu seqmenti TAP işə düşəcək və bu kəmər Azərbaycan qazını Avropa bazarlarına çıxaracaq. Bu zaman yenə də ən böyük alıcı məhz İtaliya olacaq.

Модель во время показа Custo Barcelona во время Недели моды Barcelona 080 в Барселоне - Sputnik Azərbaycan
FOTO
Həftənin fotoları: butulkadan maska, parçalanan təyyarə və Əfqanıstanda qar

Dövlət başçısının səfəri göstərdi ki, tərəflər qeyri-neft sektorunda da əməkdaşlığın şaxələndirilməsində maraqlıdır və bunun üçün kifayət qədər potensial görünür.

"Qara maskalılar"

Ötən həftənin ən çox müzakirə olunan məsələsi, şübhəsiz ki, DTX-nın Neftçala əməliyyatı idi. Rayon İcra Hakimiyyətinin başçısı İsmayıl Vəliyevin və rayonun bəzi strukturlarının rəhbərlərinin saxlanılması ilə müşayiət olunan əməliyyat əməlli-başlı rezonans doğurdu. Sosial şəbəkələrdəki reaksiyalardan hiss olunurdu ki, hadisə bütün cəmiyyətə xoşbəxtlik hormonları ötürüb və əksəriyyət "qara maskalılar"ı öz şəhərində, rayonunda da səbirsizliklə gözləyir...

Qarabağ Avropanın mərkəzində

Ötən həftə dünyanın 30-a yaxın ölkəsində fəaliyyət göstərən diaspor təşkilatlarının təşəbbüsü və Almaniya Azərbaycanlıları Alyansının təşkilatçılığı ilə Almaniyanın Berlin şəhərindəki Brandenburq qapıları yaxınlığındakı Paris meydanında Xocalı Soyqırımının 28-ci ildönümü ilə əlaqədar Ümumavropa Qarabağ mitinqi keçirildi.

Bəli, hansısa qapalı məkanlarda özümüzünkülərin iştirakı ilə keçirilən dəyirmi masalar, konfranslar, ölkə daxilindən öz dilimizdə dünyaya etdiyimiz çağırışlar, öz dilimizdə öz saytlarımızda yazdığımız təşviqat xarakterli yazılar heç kimin diqqətini çəkmir, hədəfə dəymir, bir çox hallarda formal və ya hesabat xarakteri daşıyır.

Berlində keçirilən bu aksiya ənənəsini davam etdirməli, bu cür kütləvi tədbirləri Avropanın digər böyük şəhərlərində də təşkil etməli, bu aksiyalarda yerli ictimaiyyətin iştirakına nail olmalı, dünya mediasında həqiqətlərimizi yaymağa çalışmalıyıq...

Ситуация в связи с эпидемиологической обстановкой в Китае - Sputnik Azərbaycan
YAZARLAR
Bu həftə koronavirus qovdu, biz isə qaçdıq, amma ona tərəf...

Bir neçə gün öncə tarixçilərimizdən biri yerli televiziyalardan birində Paşinyana çağırış edirdi... Baxmayaraq ki, dəyərli faktları sadalayırdı, ancaq nə erməni, nə dünya ictimaiyyətinin marağındadır ki, həmin faktları tərcümə edib, başa düşsün. Heç kim başqalarının faciəsini araşdırmaqda maraqlı deyil. Məsələn, biz hələ ən populyar münaqişə ocaqlarından biri Kəşmir konfliktinin detallarını nə qədər bilirik?! Odur ki, təbliğat, məlumatlandırma vasitələri müasirləşdirilməli, daha toxunan, daha inandırıcı olmalıdır.

Ekoloji təhdid

Ekologiya və Təbii Sərvətlər Nazirliyi Xəzərin çirkləndirilməsi ilə bağlı aparıdığı monitorinqlərin nəticələrini açıqladı. Məlum oldu ki, Xəzəri ən çox çirkləndirən axarlar Suraxanı rayonu və Sumqayıt şəhər H.Z.Tağıyev adına qəsəbənin sahil zolağındadır. Müəssisə və təşkilatlarda, fərdi yaşayış evlərində formalaşan tullantı sular bir neçə axar vasitəsilə birbaşa Xəzər dənizinə tökülür.

Bildirilib ki, Abşeron yarımadasının sözügedən ərazilərində keçirilən monitorinqlərin və aparılan analizlərin nəticəsi bunu deməyə əsas verir ki, Xəzərə axıdılan tullantı sularda kimyəvi və bioloji çirkləndiricilərin, bağırsaq çöpü bakteriyalarının miqdarı normadan çoxdur.

Xatırlamağa dəyər ki, Azərbaycan içməli su ehtiyyatlarına görə regionun ən kasıb ölkəsidir. Eyni zamanda ölkəmiz bu baxımdan transsərhəd su axarlarından asılıdır.

Dünyada su hövzələri uğrunda mübarizənin genişləndiyi indiki dövrdə biz su mənbələrindən səmərəsiz istifadəni davam etdirməklə yanaşı, Xəzəri də çirkləndirməyə davam edirik. Əksər ərəb ölkələrinin duzlu dəniz suyunun təmizlənərək təsərrüfatda işlədilməsi ideyasını gec-tez biz də tətbiq etməli olacağıq. Su ehtiyyatlarımızın təxminən 70 faizinin sərhədlərimizdən kənardan daxil olduğunu nəzərə alsaq, su mənbələrinin strateji əhəmiyyəti bir qədər də aydın olar.

Manaf fəlsəfəsi

ATV kanalında qonaq olan Manaf Ağayev ''Mənim belə sakit görünməyimə baxmayın. Elə ola bilər ki, qadının bir kəlmə sözünə görə nəinki öldürmək, onun başını kəsə bilərəm. Mənim ailəm çox yaxşı bilir ki, bu yerdə bu sözü demək olmaz. Çünki Manaf döyər, öldürər, asar-kəsər'' – açıqlaması ilə gündəm yaratdı. Müğənni bu açıqlamasına görə hətta polisə də dəvət edildi.

Модель во время презентации коллекции Kotwara на Неделе моды Lakme 2020 Summer/Resort fashion show в Мумбаи  - Sputnik Azərbaycan
FOTO
Hind gözəlliyi: Mumbay moda həftəsində parlaq sarilər və kino ulduzları

Bu düşüncədə olan adamların verilişə "ekspert" ampluasında dəvət edilməsi görəsən, hansı məqsəd daşıyır?! Niyə görəsən, müğənnilər cəmiyyət üçün etalon, nümunə kimi təqdim edilir, mütəxəssislərin, psixoloqların, filosofların... bir sözlə, ziyalıların müzakirə etməli, fikir bildirməli olduğu mövzularda niyə manaflar ekspert kimi danışır?! M.Ağayev hansısa kütlə üçün yaxşı ifaçı da ola bilər, amma bizim konsultantımız o, olmalı deyil axı...

Zibil qutusundan tapılan qız

Sumqayıtda zibil qabından yeni doğulmuş körpənin meyiti tapıldı. Şəhərin 2-ci mikrorayon ərazisindəki zibil qablarından birindən yeni doğulmuş qız uşağının meyiti aşkar edildi.

Hadisənin detalları məlum olmasa da, ağıla gələn ilk versiyalardan biri cəmiyyətimizdə qız uşaqlarına olan münasibətdən qaynaqlanan imtinadır. Manaf Ağayev bu məsələdə günahkar deyil, tarixən qız uşaqlarına münasibətimiz xoşagəlməz dəyərlərlə möhkəmlənib. Hələ Dədə Qorqud dastanında belə bu münasibət öz əksini tapır.

Bakıda film kimi hadisə

Bakının Binəqədi rayonunda silahlı insident hadisəsi baş verib, Abıyev Əli Elxan oğlu Pərviz adlı şəxslə mübahisə zamanı tapança ilə güllələnib. Hadisəni törədən Pərviz güllələdiyi Ə.Abıyevə məxsus "Niva" markalı avtomobillə ərazidən qaçıb.

Görünür, qəhrəman hansısa filmin təsiri altında olub.

Xəbər lenti
0