09:32 08 Aprel 2020
Canlı yayım
  • USD1.7000
  • RUB0.0274
  • EUR1.9035
CƏMİYYƏT
Qısa URL
16 0 0

Ombudsman xatırladıb ki, Dağlıq Qarabağ münaqişəsi nəticəsində öz torpaqlarlndan didərgin düşən 700 min şəxsdən 330 mini qadınlardır

Eldar Tanrıverdiyev, Sputnik Azərbaycan

BAKI, 24 fevral - Sputnik. Azərbaycan öz müstəqilliyini təmin etdikdən sonra BMT-nin tamhüquqlu üzvü olub və götürdüyü bütün öhədəliklərə sadiq olub.

Sputnik Azərbaycan xəbər verir ki, bunu Azərbaycan Respublikasının İnsan Hüquqları üzrə Müvəkkili, Ombudsman Səbinə Əliyeva Bakıda keçirilən "Məcburi köçkün qadınların ədalət çağırışı - Sülh və təhlükəsizlik məsələləri gündəmində onların ehtiyaclarının qarşılanması" adlə beynəlxalq konfransında çıxışı zamanı bildirib.

O vurğulayıb ki, zəngin tarixi irsə malik olan Azərbaycan xalqı qadının cəmiyyətdə, ailədə roluna xüsusi diqqətlə yanaşıb: "Azərbaycan tarixinin müxtəlif dövrlərində qadınlar kişilərlə bərabər şəkildə fəaliyyət göstəriblər. Hazırda Azərbaycanda qadınların özəl, biznes sektorunda saylarının artırılması, onların ehtiyaclarının ödənilməsi istiqamətində bir sıra proqramlar həyata keçirilir".

Ombudsman xatırladıb ki, Dağlıq Qarabağ münaqişəsi nəticəsində öz torpaqlarlndan didərgin düşən 700 min şəxsdən 330 mini qadınlardır.

Əsas mövzular