CƏMİYYƏT
Cəmiyyətin həyatında baş verən aktual hadisələr

Naxçıvandan Türkiyəyə getmək çətinləşəcək

© Sputnik / Irade JELILНа турецко-азербайджанской границе
На турецко-азербайджанской границе - Sputnik Azərbaycan
Abunə olmaq
İranda 43 nəfərin koronavirusa yoluxması və 8 nəfərin ölməsi faktına görə Türkiyə bu ölkəylə sərhədləri bağlayır. Məhdudiyyət Naxçıvanla sərhəd məntəqəsinə də şamil ediləcək

BAKI, 23 fevral — Sputnik. Türkiyə İranda koronavirus təhlükəsi ilə əlaqədar Naxçıvan Muxtar Respublikası ilə sərhəddə Dilucu sərhəd-keçid məntəqəsində də hərəkəti məhdudlaşdıracaq.

Sputnik Azərbaycan APA-ya istinadən bildirir ki, bunu bu gün Türkiyə Səhiyyə naziri Fəxrəddin Qoca bildirib. 

F.Qoca deyib ki, İranla sərhəddəki Ağrı-Gürbulaq, Hakkari-Esendere və Van-Kapıköy sərhəd keçid məntəqələrinin müvəqqəti bağlanması ilə yanaşı, İğdırdan Naxçıvan bölgəsinə açılan Dilucu sərhəd-keçid məntəqəsində də hərəkət məhdudlaşdırılacaq.

Xəbər lenti
0