CƏMİYYƏT
Cəmiyyətin həyatında baş verən aktual hadisələr

Təhlükə qapının o üzündədir – Kandarı açıb keçməməsi üçün çox şey qurban gedəcək

© REUTERS / CHINA DAILYСитуация в связи с эпидемиологической обстановкой в Китае
Ситуация в связи с эпидемиологической обстановкой в Китае - Sputnik Azərbaycan
Abunə olmaq
Ekspertlər və mütəxəssislər birmənalı olaraq bir şeyi bəyan edirlər: İranda koronavirus təhlükəsi Azərbaycana turistlərin gəlməsini əngəlləyəcək 

Zülfiyyə Quluyeva, Sputnik Azərbaycan

BAKI, 23 fevral — Sputnik. Dünyanı cənginə alan koronavirusun Azərbaycanla sıx gediş-gəlişi olan İran islam Respublikasına da gəlib çatması ölkəmizə İrandan gələn turistlərin sayının azalacağı narahatlığını yaradır. Qarşıdan Novruz bayramının gəldiyini və bu bayramda Azərbaycana gələn turistlərin çoxunu iranlıların təşkil etdiyini nəzərə alsaq, turist sayında azalmanın olacağı istisna deyil.

Туристы в сувенирном магазине в Баку - Sputnik Azərbaycan
Turizm sektorunda yeni era – Hər şeyi bir mərkəzdə cəmləmək istəyirlər

Qeyd edək ki, İranda 4 nəfərin koronavirusdan ölməsindən sonra ölkədə gərginlik yranıb. Hazırda daha 18 nəfər koronavirus şübhəsi ilə xəstəxanaya yerləşdirilib.

Sputnik Azərbaycan İranda yayılmış Covid-2019 virusunun ölkəmizə turist axınına təsirini araşdırıb.

DAİR Otellər və Restoranlar Assosiasiyası İdarə Heyətinin sədri Samir Dübəndi Sputnik Azərbaycan-a açıqlamasında bildirib ki, koronovirusun yayılması Azərbaycana gələcək turistlərin sayı ilə bağlı proqnozları alt-üst edib: "Bildiyiniz kimi Azərbaycan Çinlə 200 min turistin gəlməsinə dair saziş bağlanmışdı. Bu virusun yayılması nəticəsində çinli turistlərin nəzərdə tutulan sayda ölkəmizə axını ertələndi. İndi isə virus Azərbaycana turistlərin gəldiyi daha bir ölkədə qeydə alınıb. Əlbəttə ki, bu bizdə narahatlıq yaradır. Amma açığı, iki il idi ki, İrandan Azərbaycana gələn turistlərin sayı azalmışdı. Buna da səbəb İranda inflyasiyanın doğurduğu fəsaddır. İndi iranlı turistlər səyahət üçün daha ucuz ölkələrə gedirlər. Bu il yenidən ümid vardı ki, İrandan Azərbaycana gələn turistlərin sayı artar. Düşünürdük ki, bu il sayda əhəmiyyətli artım olacaq. Amma koronovirusun İranda yayılması bu ümidləri də boşa çıxardı. Hazırda İranla İraq arasında sərhəd bağlanıb. Ola bilər ki, Azərbaycanla İran sərhədində də karantin olsun. Amma hələlik iranlı turistlərdən otellərə sifarişlər var. Üstəlik, bu sifarişlər ləğv olunmur. Əvvəllər Azərbaycana az sayda turist göndərən tur şirkətlərində də canlanma var. Gələn həftədən bu barədə dəqiq bir fikir söyləmək olar. Hələ ki, heç bir turist tərəfindən bron edilər yerlərin, tur paketlərin ləğvi ilə bağlı müraciət yoxdur".

Turizm üzrə ekspert Müzəffər Ağakərimov da İranda koronavirusa yoluxma halları artarsa bunun İrandan gələn turistlərin sayına təsir edəcəyini söyləyir. M. Ağakərimov deyir ki, bu virusun yayılması bütün dünyada turistlərin sayına təsir edib: "Turistlərin çoxu koronovirus yayılan ölkələrə getməkdən imtina edirlər. Bəziləri isə bu virusa aeroportlarda yoluxma riskinə görə səyahəti ertələyirlər. Azərbaycanda da turizmə koronavirusa görə xeyli zərər dəydi. Novruz bayramı öncəsi turistlərin sayında azalma nəzərə çarpacaq. Çünki Azərbaycana bu bayramda ən çox turist məhz İrandan gəlirdi".

Əlaqə saxladığımız otel və mehmanxanalardan isə yer bron edən iranlı turistlər arasında hələlik sifarişi ləğv edənlərin olmadığını bildirdilər.

Məlumat üçün qeyd edək ki, ötən ildən bu yana İrandan Azərbaycana gələn turistlərin sayı azalıb. Ümumilikdə, ötən il dünya üzrə iranlı turistlərinin sayı 53% azalıb ki, bu İrana qarşı tətbiq edilən sanksiyalarla bağlıdır. Bu il Azərbaycana gələn iranlı turistlərin sayı ötən illə müqayisədə 33% azalıb. Bunu Azərbaycan Dövlət Turizm Agentliyi də təsdiqləyib.

Xəbər lenti
0