CƏMİYYƏT
Cəmiyyətin həyatında baş verən aktual hadisələr

Azərbaycanda ard-arda zəlzələlər oldu

© Depositphotos.com / ShamtorСейсмограф регистрирует колебания на листе измерительной бумаги
Сейсмограф регистрирует колебания на листе измерительной бумаги - Sputnik Azərbaycan
Abunə olmaq
Hacıqabul rayonu ərazisində 3,3 və 3,4 maqnitudada iki yeraltı təkan qeydə alınıb. Təkanların heç biri hiss olunmayıb

BAKI, 22 fevral — Sputnik. Bu gün saat 07:05-də Qobustan stansiyasından 32 kilometr cənub-qərbdə Hacıqabul ərazisində zəlzələ qeydə alınıb.

Sputnik Azərbaycan Milli Elmlər Akademiyası nəzdində Respublika Seysmoloji Xidmət Mərkəzinə istinadən xəbər verir ki, zəlzələ 3,3 maqnitudada qeydə alınıb. Zəlzələ ocağı 4 kilometr dərinlikdə yerləşib.

Saat 08:22-də həmin ərazidə daha bir zəlzələ qeydə alınıb. Bu dəfə yeraltı təkan 3,4 maqnitudada və 4 kilometr dərinlikdə olub.

Təkanların heç biri hiss olunmayıb.

Xəbər lenti
0