08:36 30 Mart 2020
Canlı yayım
  • USD1.7000
  • RUB0.0274
  • EUR1.9035
CƏMİYYƏT
Qısa URL
6110

İkinci mərhələdə Baş Planın yekun layihəsi hazırlanmaqdadır və ilin sonunadək müvafiq qurumlarla razılaşdırıldıqdan sonra Nazirlər Kabinetinə təqdim ediləcək

BAKI, 21 fevral — Sputnik. "Bu gün təqdim edilən yaşıllıq sahələrinə nəzarət edilməsi üçün elektron və vizual məlumat bazanın yaranması, məlumat mübadiləsi işinə həmçinin Komitə olaraq şəhərsalma sənədlərinin hazırlanmasında xüsusi əhəmiyyət kəsb edəcək".

Sputnik Azərbaycan xəbər verir ki, bu barədə bu gün ETSN-də keçirilən mətbuat konfransında Dövlət Şəhərsalma və Arxitektura Komitəsinin Şəhərsalma və ərazilərin inkişafı şöbəsinin müdiri Ramiz Babayev danışıb.

O bildirib ki, Ekologiya və Təbii Sərvətlər Nazirliyi, xüsusilə Ekoloji Ekspertiza idarəsi ilə Dövlət Şəhərsalma və Arxitektura Komitəsi bir çox istiqamət üzrə sıx əməkdaşlıq edirlər.

Onun sözlərinə görə, hazırda Bakı şəhərinin Baş Planı hazırlanır və müvafiq dövlət qurumları ilə birgə işçi komissiya yaradılıb. Həmin komissiyada da ETSN ilə əməkdaşlıq edilir.

Baş Planla bağlı qeyd etmək lazımdır ki, iş artıq ikinci mərhələdədir.

Xatırladaq ki, birinci mərhələdə 4 prioritetdən ibarət Bakının İnkişaf Konsepsiyası hazırlanıb. Həmin prioritetlərdən biri də şəhər və ətraf mühitinin regenerasiyası, ərazilərdən səmərəli istifadə və əhalinin rahat yaşayışının təmin edilməsidir.

"İkinci mərhələdə Baş Planın yekun layihəsi hazırlanmaqdadır və ilin sonunadək müvafiq qurumlarla razılaşdırıldıqdan sonra Nazirlər Kabinetinə təqdim ediləcək. Bu mərhələdə də ETSN ilə əməkdaşlığı davam etdiririk", - deyə o bildirib.

O qeyd edib ki, beynəlxalq praktikaya baxdıqda şəhərlərdə yaşıllıq örtüyü əhalinin sayı və məskunlaşma ərazisinə görə müəyyən edilir. Bu gün ETSN tərəfindən hazırlanan yaşıllıq sahələrinə nəzarət edilməsi üçün elektron və vizual məlumat bazası Baş Planın hazırlanmasında faydalı olacaq. Belə ki, Bakının inkişaf perspektivində yaşıllıq ərazilərinin genişləndirilməsinə xüsusi diqqət yetiriləcək.

Əlaqədar

Bakıda taleyin ümidinə buraxılmış zona: buraya gələnin sadəcə xəbəri yoxdur - FOTO
Bakının mənzərəsi inanılmaz şəkildə dəyişəcək – Yeni plan hazırlanır
Xeyrini "Elmlər Akademiyası"nda görəcəklər, zülmü "Həzi Aslanov"dakılar çəkir
Bakının sürüşməkdə olan ərazilərində vətəndaşlara ev tikməyə kim icazə verir

Əsas mövzular