17:23 01 Aprel 2020
Canlı yayım
  • USD1.7000
  • RUB0.0274
  • EUR1.9035
CƏMİYYƏT
Qısa URL
10 0 0

Məhv edilən mallar arasında Ermənistan istehsalı olan 324 ədəd suvenir, 40 qutu siqaret və 18 litr müxtəlif növ spirtli içkilər də olub.

BAKI, 20 fevral — Sputnik. Fevralın 20-də Dövlət Gömrük Komitəsinin müvafiq qurumları tərəfindən istifadəyə yararsız, mənşəyi bilinməyən, həmçinin dövriyyəsi məhdudlaşdırılan və qadağan olunan malların məhvetmə prosesi həyata keçirilib.

Sputnik Azərbaycan Gömrük Komitəsinin məlumatına istinadla xəbər verir ki, ümumilikdə, 263029 ədəd fişəng və pirotexniki vasitə, 47322 ədəd müxtəlif adda dərman preparatı, 59 ədəd yararsız müxtəlif markalı telefon və aksesuarları, 5077 litr alkoqollu və kustar üsulla 4742 ədəd sərinləşdirici içki, 5255 kq ərzaq və qeyri-ərzaq məhsulları, 3070 kiloqram yuyucu vasitə, 2167 kq müxtəlif növ məişət malları məhv edilib.

© The State Customs Committee of AR.
DGK əməkdaşları yararsız məhsulları yandırıraq məhv ediblər

Qeyd edək ki, məhv edilən mallar fiziki şəxslər tərəfindən Nazirlər Kabinetinin 305 saylı qərarı ilə müəyyənləşdirilən normalara əməl olunmadan gömrük sərhədindən keçirilməyə cəhd göstərildiyi üçün müvəqqəti saxlanc anbarına qəbul edilən və saxlanc müddətində vətəndaşlar tərəfindən həmin malların geri götürülməsinə dair müraciət olunmayan, eyni zamanda istifadəyə yararsız, mənşəyi bilinməyən, həmçinin dövriyyəsi məhdudlaşdırılmış və qadağan olunmuş kateqoriyalara aiddir.

  • DGK əməkdaşları yararsız məhsulları yandırıraq məhv ediblər
    © The State Customs Committee of AR.
  • DGK əməkdaşları yararsız məhsulları yandırıraq məhv ediblər
    © The State Customs Committee of AR.
  • DGK əməkdaşları yararsız məhsulları yandırıraq məhv ediblər
    © The State Customs Committee of AR.
  • DGK əməkdaşları yararsız məhsulları yandırıraq məhv ediblər
    © The State Customs Committee of AR.
1 / 4
© The State Customs Committee of AR.
DGK əməkdaşları yararsız məhsulları yandırıraq məhv ediblər

Məhv edilən mallar arasında Ermənistan istehsalı olan 324 ədəd suvenir, 40 qutu siqaret və 18 litr müxtəlif növ spirtli içkilər də olub. Müvafiq ekspert rəyi və məhkəmə qərarına əsasən məhvetmə prosesinə cəlb olunan mallar Sumqayıt şəhəri yaxınlığındakı ekoloji poliqonda DGK-nın müvafiq qurumlarının əməkdaşları və media nümayəndələrinin iştirakı ilə yandırılaraq məhv edilib.

Əsas mövzular