01:45 22 Oktyabr 2020
Canlı yayım
  • USD1.7000
  • RUB0.0274
  • EUR1.9035
CƏMİYYƏT
Qısa URL
17 0 0

Aparıcı rolikdə bildirib ki, Azərbaycanda insanlar bu cür istirahət edirlər. Şahdağa gəlirlər, xizək sürürlər və sac yeyirlər

BAKI, 20 fevral — Sputnik. Tanınmış rusiyalı aparıcı məşhur Azərbaycan yeməyinin hazırlanmasını özündə əks etdirən rolik paylaşıb. Sputnik Azərbaycan xəbər verir ki, Mixail Şirvindt milli mətbəximizin nümunəsi olan sac haqqında məlumatı YouTube hesabında yayımlayıb. Azərbaycana budəfəki  səfəri zamanı Şirvindt istirahət üçün “Şahdağ” Turizm Mərkəzini seçib.

O, rolikdə bildirib ki, Azərbaycanda insanlar bu cür istirahət edirlər. Şahdağa gəlirlər, xizək sürürlər və sac yeyirlər.

Xatırladaq ki, “Yeyilən və yeyilməyən” layihəsi çərçivəsində Şirvindt müxtəlif ölkələrə səfər edir və tamaşaçılara maraqlı olan faktlar haqqında danışır.

Qeyd edək ki, Mixail Şirvindt tanınmış aktyor və prodüserdir. O müxtəlif illərdə “Doq-şou”, “Mən və mənim itim”, “Bilmək istəyirəm” adlı verilişlərin aparıcısı olub.

Əsas mövzular