CƏMİYYƏT
Cəmiyyətin həyatında baş verən aktual hadisələr

Yeni film çəkildi - "Xocalı yol gözləyir"

© Sputnik / Murad OrujovЦеремония почтения памяти жертв Ходжалинской трагедии
Церемония почтения памяти жертв Ходжалинской трагедии - Sputnik Azərbaycan
Abunə olmaq
Xalq artisti Sabir Məmmədov, Əməkdar artist Cəlal Məmmədov və daha onlarla aktyor və aktrisa layihəyə cəlb olunublar

BAKI, 20 fevral — Sputnik. "Azərbaycan Televiziya və Radio Verilişləri" (AzTV) Qapalı Səhmdar Cəmiyyəti (QSC) Xocalı soyqırımının 28 illiyinə həsr olunmuş bədii film-kompozisiya çəkib.

Sputnik Azərbaycan xəbər verir ki, fərqli üslubda çəkilən "Xocalı yol gözləyir" adlı film-kompozisiya soyqırımın canlı şahidi olmuş və əsirlikdən qayıtmış şəxslərin nəql etdikləri əsasında lentə alınıb. Filmdəki səhnələr dəhşətli fevral gecəsində yaşananları əks etdirir. Kadrların daha real olması üçün çəkilişlər İsmayıllının bir neçə kəndində mənfi 10 dərəcə temperaturda aparılıb. Film-kompozisiyada Xocalı soyqırımına həsr olunmuş musiqilər ifa olunub. Xalq artisti Sabir Məmmədov, Əməkdar artist Cəlal Məmmədov və daha onlarla aktyor və aktrisa layihəyə cəlb olunublar. "Xocalı yol gözləyir"in ideya müəllifləri və quruluşçu rejissorları Etibar Babayev və Elnur Məmmədovdur.

Qeyd edək ki, sözügedən bədii film-kompozisiya fevralın 26-da saat 21:30-da AzTV-də yayımlanacaq.

Xəbər lenti
0